Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

Azğın nəfs istəkləri ilə mübarizə yolları

Ustad Pənahiyan azğın nəfs istəkləri ilə mübarizənin əməli yolları haqqında danışır.
Söhbətin mövzusu nəfsin istəkləri ilə əməli mübarizə yolları, şəhvətin tərki, çətinliklər qarşısında dözümlü olmaqdır. İnsan azğın nəfs istəklərini tərk etmək və çətinliklər qarşısında dözməklə təkamül yolunda irəli gedə bilər. Azğın nəfs istəkləri ilə mübarizə daimidir, insan ömrünün sonunadək davam edir.
Həyat və insan elə yaradılmışdır ki, insan xaricdən və daxildən qaçılmaz problemlərlə üzləşir. İnsan nəfs istəkləri ilə mübarizə, nəfsani meyillərə düzgün nəzarət etməklə təkamül yoluna davam edə bilər. İnsanın yaranış fəlsəfəsi onun çətinliklərdən keçib təkamülə çatmasıdır. İnsanın yaranış fəlsəfəsini bir kənara qoysaq, o yaranış baxımından problemlərə məhkumdur. Çünki onda müəyyən meyillər var və bu meyillər sayəsində təzadlarla üzləşir. İnsan təzadlı istəklərinə eyni vaxtda çata bilməz. Digər tərəfdən insanın yaşadığı cəmiyyətdə onun istəklərinə müqavimət var. Həyat yolunda fərqli təfəkkürlü, fərqli rəftarlı insanlarla qarşılaşmamaq mümkünsüzdür. Allah-Taala insanı elə xəlq edib ki, həm dünya tərəfindən, həm də insanın öz vücudu tərəfindən problemlər qarşıya çıxır. İnsan Allaha doğru getsə də, getməsə də bu problemlər labüddür. Bələd surəsinin 4-cü ayəsində bu nöqtəyə işarə olunub. Əgər dünya ağrılarına dözmək qaçılmazsa bu ağrılara nəzarət etmək lazımdır. İnsanın öz nəfs istəkləri ilə mübarizə proqramı olmalıdır. İlk addımda insan qəbul etməlidir ki, çətinliklərlə qarşılaşması labüddür. Bundan sonra o nəticə çıxarır ki, qarşıya çıxan problemlərlə necə rəftar edəcəyini müəyyənləşdirməlidir. Problemlərə nəzarət, onlara qarşı tədbir görülməsinin faydası bundan ibarətdir ki, insan imkan həddində problemlərin qarşısını alır, qaçılmaz ağrılara dözməklə yoluna davam edir, Problemlər qarşısında təslim olub dünya və axirət zərərinə düşmür. Ola bilməz ki, insan labüd ağrıya dözdükdə bu dözümdən bəhrələnməsin. İnsan labüd ağrıya dözürsə onun axirətdə əvəzi var. Bütün bunları nəzərə alsaq, ağrılara nəzarət, nəfsi istəkləri ilə mübarizə proqramının olması zəruri görünür.
İnsanın həyatda imkan həddində müvəffəq yaşamasının yolu nəfs istəklərinə münasibətdə proqram hazırlanması, ağrılara nəzarət olunmasıdır. Bunu dərk etmək o qədər də çətin deyil ki, insan ömrünün son dəqiqəsinə qədər problemlərlə üzləşir. Problemlərdən tam şəkildə yaxa qurtarmaq və ya özünü yaxa qurtarmış kimi hiss etmək sadəlövhlükdür.
Qadir Allaha etiqad insana mübarizə əzmi verir. Nəfs istəkləri ilə mübarizədə məqsəd istedadları inkişaf etdirmək, ruhi aramlıq tapmaq, dünya və axirət səadətinə çatmaqdır. Amma ən ali məqsəd Allahla görüşə ləyaqət əldə edilməsidir.
İnsan dərk edəndə ki, qarşıya çıxan problemlər və ağrılara yanaşma üslubu olmalıdır bu sahədə addım atır. Amma bu o demək deyil ki, bu zaman insan nəfs istəklərinin təsirindən yaxa qurtarır. Bizə nəfslə mübarizə göstərişi verən də nəfsdir. Demək nəfs istəkləri ilə mübarizədə biz elə nəfsin tapşırığını yerinə yetirmiş oluruq.
Düzgün deyil ki, nəfslə mübarizə aparan bütün insanlar təkəbbürdən azad olur. Əgər bizə nəfslə mübarizə göstərişini verən nəfsdirsə biz mübarizə apardıqda göstəriş verən nəfs güclənəcək. Demək, nəfslə mübarizə göstərişi insanın daxilindən yox, kənardan gəlməlidir. Əks təqdirdə mübarizə faydasıdır. Allah insana lütf edib, peyğəmbərləri vasitəsi ilə ona göstərişlər verib. Buyurulur ki, Allah bizə göstəriş verməklə lütf göstərib. Əgər Allahın göstərişləri olmasaydı, insan məsələn sədəqə kimi bir faydalı işdən məhrum qalardı. Allah insana xatırladır ki, daxilindəki mənlə mübarizə aparsın, onun üçün ən qorxulu xəstəlik təkəbbürdür. Beləcə, insan öz tərbiyəsində yalnız öz düşüncəsinə arxalansa onun daxilindəki mən hissi güclənəcək. Biz isə sonda təkəbbür hissinin güclənməsinə səbəb olacaq. Mən, biz böyük olmaq istəyir. Amma zəif bir varlıq güclü bir varlıqla rabitə yaratmasa güclənə, böyüyə bilməz. Bunun yeganə yolu Allaha bəndəçilikdir. Bu məqamda bəndəliyin fövqəladə məfhumuna çatırıq. İnsan Allahın böyükülüyü qarşısında özünü kiçik saymalı, təvazö göstərməlidir. İnsan təvazö göstərməsə Allahla rabitə qura bilməz. Qeyd etdik ki, insanın böyük olmaq istəyi təbiidir. Amma bunun yolu var. İmam Xomeyni (r), dünya imperializmi və beynəlxalq sionizmin qəddini qırmış yaşlı ruhani Allah qapısında kiçilməklə həmin gücü əldə etdi. Kimsə öz düşüncəsi, öz planları, öz proqramları ilə təkamülə çata bilməz. İnsan yalnız özünə güvənərsə onun ən böyük qazancı təkəbbür olacaq. Bu halda insan behişt üzü görməyəcək.
İnsan qəbul edəndə ki, nəfslə mübarizədə Allahın göstərişlərinə əməl etməlidir. Vilayət adlanan mühüm bir hadisə ilə rastlaşır. Allah bütün göstərişləri özü vermir. Bir çox göstərişlər Allahın vəlisi tərəfindən bizə çatdırılır. Bunun bir səbəbi də insandakı təkəbbürü qırmaq istəyi ola bilər. İnsanın Allah vəlisinə itaəti onun təkəbbürünü qırır. Təkəbbürlü insan Allahın peyğəmbər və imamına əyilmək istəmir. Allah öz vəlisinə itaəti bizə asan edib. Aləmlərə rəhmət olan peyğəmbəri öz göstərişləri ilə bəşəriyyətin köməyinə göndərib. Demək, nəfs istəkləri ilə mübarizədə ilk vasitə bəndəlikdir. İkinci vasitə vilayətdir. Sonra növbə nəfslə mübarizəyə çatır. Təqva deyilən sifət elə Allahın əmr və qadağalarından ibarətdir. Nəfslə mübarizənin əməli yollarına nəzərə salaq. Nəfsə müdiriyyətdə, nəfs istəklərinin tənzimlənməsində müəyyən qaydalar var. Nəfslə mübarizə iki hissədən ibarətdir: Şəhvətlərin, azğın nəfs istəklərinin tərki və çətinliklər qarşısında dözüm.
İmam Sadiq (ə) səhabələrindən birinə buyurur: “Həqiqət budur ki, siz nəfs istəklərindən uzaqlaşmasanız liqaullah məqsədinə çata bilməyəcəksiniz. Əgər çətinliklərə dözməsəniz arzulara çatmağınız mümkünsüzdür.”
Bəziləri günahı tərk etməyə hazır olsa da çətinliklərə dözümsüzdür. Demək, azğın nəfsin tərki və çətinliyə dözmək insanın ərşə pərvazı üçün lazım olan iki qanaddır. Bir çox dindarlar günahı, şəhvəti tərk edir, amma bəla və çətinliklər qarşısında dözümsüzlük göstərir. Bəziləri də bəlalara asanlıqla dözür, amma günahı tərk edə bilmir. Hansı ki, təkamül üçün hər iki şərtə əməl olunmalıdır. Uçuş iki qanadla mümkündür. Biri budur ki, nəfs istəkləri tüğyan qoparanda onları susdura biləsən, digəri çətinliklərlə üzləşəndə səbrli olasan. Arif cənab Dulabidən soruşurlar ki, bizə hansı göstərişi verərdiniz? Buyurur ki, xüsusi göstərişə ehtiyac yoxdur, gedin və razı olun! Təəssüf ki, razı insanlarla az rastlaşırıq. Bəlkə də insanın çatmaq istədiyi ən çətin hədəf elə bu razılıqdır. Gördüyümüz yaxşı işlər, ibadətlər, günahın tərki kənarında razılıq olsa müvəffəq olarıq. İnsan qarşısına çıxan çətinliklər müqabilində narazılıq etsə onun günahdan uzaqlığı və ibadətləri təsirsiz qalır. Çətinliklərə dözmək özü də nəfslə mübarizə növündəndir. Əgər insan çətinliklərlə rastlaşanda onun daxilində bir etiraz baş qaldırmırsa bunun özü nəfslə mübarizədir. İnsan çətinliklə rastlaşanda və bu çətinliyi aradan qaldırmaq mümkünsüz olduqda onu sadəcə səbr edib üzündən təbəssümü əskiltməməsi Allahın razılığına səbəb olur. Allah bilir ki, onun bəndəsi nə qədər ağrı çəkir. Bu ağrılar kənarında insanın üzündə təbəssüm olması Allahı razı salır. Bu təbəssüm böyük şükrdür.
İmam Hüseyn (ə) Aşura günü ən ağır çətinliklərin ağuşunda ikən, Əli Əsğər əlləri üzərində can verərkən körpənin qanını səmaya səpib deyir: “Pərvərdigara, mən bu bəlaya dözürəm, razıyam.” Allahı razı salan razılıq elə bu razılıqdır.
Əmirəlmöminin (ə) buyurur ki, bir insan özünü tərbiyələndirmək, nəfsini xəstəliklərdən qurtarmaq istəyirsə nəfslə mübarizə onun hədəfi olmalıdır. İnsan unutmamalıdır ki, onun səadət açarı daim nəsfinə nəzarət etməsidir. Bir an göz yumduqda insan illər uzunu çətinliklərlə əldə etdiyi savabları əldən çıxara bilər.
İmam Sadiqdən (ə) soruşurlar ki, rahatlığa çatmağın yolu nədir? Həzrət (ə) buyurur ki, nəfsə qarşı çıxmaq. Soruşurlar ki, bəndə nə zaman rahatlığa çatır? Həzrət (ə) buyurur ki, behiştə qədəm qoyduğu ilk gün! Aydın olur ki, nəfslə mübarizə daimidir, insan ömrünün sonuna qədər davam edir. Nə qədər ki, insan həyatdadır azğın nəfs istəkləri və problemlər var, insan nəfs istəkləri ilə mübarizə aparıb problemlərlə məşğul olmalıdır. Ariflərimiz ömürlərinin sonuna qədər nəfslə mübarizə aparıb.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah-Taala buyurur ki, Əgər bəndəmin mənimlə söhbətə məşğul olduğunu görsəm, onun meylini dua və minacatda qərar verərəm; bəndəm belə olanda onun xətaya yol verməsinə mane olaram; belə bəndələr mənim həqiqi dostlarımdır, yer əhlini məhv etmək istəyəndə bu insanlara görə cəzanı saxlayaram...”
İnsan bir qədər çalışsa enerjisini nəfslə mübarizəyə sərf etsə Allahın nəzəri üstündə olar. Allahdan istəsin ki, Pərvərdigara məni ağzın nəfs istəklərindən və Sənin zikrindən xəbərsiz qalanlardan qərar vermə. Əgər insan Allah zikrinə məşğul olsa zikrin şirinliyi azğın istəklərin yerini tutar.
Həzrət Peyğəmbər (s) buyurur: “Allahın razılığı nəfsin narazılığındadır.” Bəli, insanın öz nəfsinə müxalif olması müvəffəqiyyət açarıdır. Əgər müvəffəq olmuruqsa, demək haradasa nəfs meyillərinə aldanmışıq.
Bir şəxs Peyğəmbərdən (s) soruşdu ki, ilahi mərifətə necə çata bilərəm? Həzrət buyurdu: “Nəfsini tanımaqla.” Dedi haqqı necə tanıyım? Həzrət (s) buyurdu ki, nəfsinə qarşı çıxmaqla haqqı tanıya bilərsən. Əgər həqiqətə çata bilmiriksə, bilməliyik ki, haradasa azğın nəfs istəyinə baş əymişik. Həmin şəxs soruşdu ki, Allahın razılığını necə qazanım? Həzrət (s) buyurdu ki, nəfsini narazı salsan, Allahın razılığını qazanarsan. Soruşdu ki, haqqa necə qovuşum? Həzrət (s) buyurdu ki, özündən hicrət et, o zaman Allaha çatarsan. Soruşdu ki, Allaha itaətə necə müvəffəq olum? Həzrət (s) buyurdu ki, nəfsinə itaət etməsən, onun sözünə qulaq asmasan, haqqa itaət etmisən. Növbəti sual bu oldu ki, Allahın zikrinə necə müvəffəq olum? Həzrət (s) buyurdu ki, ağzın nəfs istəklərini kənara qoy, o zaman Allahı yada salarsan. Sual verdi ki, həqiqətə necə yaxınlaşa bilərəm? Həzrət (s) buyurdu ki, azğın nəfsdən uzaqlaşsan həqiqətə yaxınlaşarsan. Sual verdi ki, həqiqətlə necə ünsiyyət qura bilərəm? Həzrət (s) buyurdu ki, nə vaxt azğın nəfs istəkləri, günahla ünsiyyəti qırsan Allahla ünsiyyət qurarsan. Soruşdu ki, bütün bunlara çatmağın yolu nədir? Həzrət (s) buyurdu ki, nəfslə mübarizədə Allahdan kömək istə.

Vilayet.nur-az.com


1632 بازدید
در حال ارسال اطلاعات...