Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2015

FƏSAD VƏ GÜNAH TƏZAHÜRLƏRİ İLƏ MÜBARİZƏ

Dünya imperializmi öz varlığını qorumaq üçün müxtəlif proqramlar cızır. Bütün planların başında cəmiyyətlərdə günah və fəsadın yayılması dayanır
Müxtəlif cəmiyyətlərdə fəsad və günahın genişlənməsi imperializmin ən bariz təlaşlarındandır. Materializm və kommunizm də xalqı dindən ayırmaq istəmiş, Allahsızlığı yaymaq üçün səy göstərmişdir. Onların son məqsədi dini və insani dəyərləri aradan qaldırmaqdır. Dünya imperializmi də iffət və paklığı aradan qaldırmaqla fəsad və günahı yaymaq, müstəzəf, məhrum xalqları mənəviyyatdan ayırmaq əzmindədir. Bəli, dünya imperializmi insanların şəxsiyyətini puça çıxartmağı qarşısına məqsəd qoymuşdur. Onlar insanları o qədər biganələşdirirlər ki, heç bir inanc yeri qalmasın və bəşəriyyət özünü zəhərli fəsad və günah girdabına atsın.
Dünya imperializmi öz varlığını qorumaq üçün müxtəlif proqramlar cızır. Amma bütün planların başında cəmiyyətlərdə günah və fəsadın yayılması dayanır. Son 2-3 əsrdə təcrübədə sübuta yetmişdir ki, millətlərin biganələr qarşısında ən möhkəm sipəri onların iffət və paklığıdır. İffət və paklığını itirmiş millət azğın nəfs istəkləri və şəhvətə məğlub olub insani şəxsiyyətini itirir. Nəticədə dini və mənəvi əsaslar laxlayır və möhkəm bir qala uçulub tökülür. Bundan sonra imperializm üçün nüfuz yolu açılır.
İslam bu sayaq fəsadların qarşısını almaq üçün ciddi mübarizə aparır. Aşkar şəkildə günaha yol verənlər və gizli şəkildə günah yaymaqla məşğul olanlar ən sərt şəkildə cəzalandırılır. Həzrət Əli (ə) Malik Əştəri günah təzahürləri ilə mübarizəyə, çirkin işlərin qarşısının alınmasına çağırır. Yalnız bu şərtlər ödəndikdə İslam cəmiyyəti süqutdan yaxa qurtara bilir.

İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı


2104 بازدید
در حال ارسال اطلاعات...