Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Bəlaların dəfi - Aşura Ziyarəti

Qum Elmiyə Hövzəsinin təsisçilərindən olan Mərhum Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi buyururdu: Samirrada dini elmlərə məşğul idim, samirralılar vəba və taun xəstəliyinə düçar olmuşdular və hər gün ölənlər olurdu.
Bir gün ustadım mərhum Seyid Məhəmməd Fişarəkinin evində bir neçə nəfər samirralı vardı. Elə bu vaxt Ayətullah Mirza Məhəmmədtəqi Şirazi - elmi məqamda mərhmu Fişarəkindən geri qalmırdı – içəri daxil olur. Evdə xəstəlik və onun ölümcül olmasından söhbət edirdilər.
Mərhum Mirza buyurdu: “Əgər mən hökm etsəm, onu icra etmək lazımdır ya yox?”
Hamı dedi: “Bəli.”
Buyurdu: “Mən hökm edirəm ki, Samirranın şiə sakinləri bu gündən başlayaraq 10 gün Aşura Ziyarəti oxusunlar və onun savabını həzrət İmam Məhdinin (əc) anası Nərcisə hədiyyə etsinlər ki, bu bəla onlardan uzaqlaşsın.”
Məclisdəkilər bu hökmü bütün şiələrə çatdırırlar və hamılıqla Aşura Ziyarəti oxumağa başlayırlar. Sabahı gündən şiələr daha o xəstəlikdən tələf olmurdular, amma qeyri-şiələr ölürdülər. Beləliklə, bütün Samirra əhli bu əhvalatdan xəbərdar olur.
Qeyri-şiələrdən bəziləri tanış şiələrdən soruşurlar: Bunun səbəbi nədir ki, bizlər ölürük, amma şiələr ölmür?
Onlara deyirlər: Biz İmam Hüseynin (ə) Aşura Ziyarətini oxuyuruq ki, bu ağır xəstəlikdən - vəba və taun – tutmayaq və Allah-Taala da bəlaları dəf edir.


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov 


1243 بازدید