Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2015

Nigeriya İslam Hərəkatı "Zarya" qətliamı ilə bağlı bəyanat yayıb

İslam Hərəkatı, bu hərəkatın tarixində misilsiz olan böyük bir hücuma və qırğına məruz qalıb.
Nigeriya İslam Hərəkatının rəsmi internet səhifəsində yer alan bəyanatda Zarya cinayətləri öz əksini tapıb.

Nigeriya İslam Hərəkatı öz rəsmi internet səhifəsində "İslam Hərəkatına qarşı zorakılıq faciəsi" adlı bir bəyanat yerləşdirərək, yazıb: İslam Hərəkatı, bu hərəkatın tarixində misilsiz olan böyük bir hücuma və qırğına məruz qalıb.

Bəyanata görə, Nigeriya ordusu 13 dekabrda Zarya məntəqəsində, Bəqiyyətullah hüseyniyəsinin üzərinə İmam Hüseyn(ə)-ın şəhadəti münasibətilə sancılan qara bayrağın, İslam Peyğəmbərinin(s.ə.s) miladı münasibətilə milad bayrağı ilə dəyişdirilməsi mərasimində iştirak edən insanlara hücum edərək, çoxlu sayda insanı öldürüb.

Nigeriya İslam Hərəkatının bəyanatına əsasən ordu qüvvələri həmçinin, İslam Hərəkatının rəhbəri şeyx İbrahim Zəkzakinin evinə də basqın edərək, onun evinin ətrafında yerləşmiş mühafizəçilərin hamısını qətlə yetirib. Daha sonra evə daxil olan hərbçilər şeyx İbrahim Zəkzakın ailə üzvlərinə qarşı güc tətbiq edib, 2 övladını qətlə yetirib, həyat yoldaşını isə yaralayıblar.

Bəyanatda həmçinin deyilir: Nigeriya ordusunun şeyx Zəkzakın evinə basqını zaman, şeyx Zəkzak da 3 güllə yarası alıb və təhqiramiz şəkildə həbs edilib./maide/


1371 بازدید
در حال ارسال اطلاعات...