Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

GÜNAHKARLARIN DÖVLƏT İŞLƏRİNDƏN UZAQLAŞDIRILMASI ZƏRURƏTİ

Hökumətin etibar və əzəməti nazirlərin yaxşılığı ilə bir başa əlaqədədir
Nazirlər dövlət proqramlarının tənzimlənməsində ən üstün məqam sahibləridir. Onlar cəmiyyəti həm tərəqqiyə, həm də süquta apara bilər. Hökumətin etibar və əzəməti nazirlərin yaxşılığı ilə bir başa əlaqədədir. Keçmişdə zalım hakimlərin naziri olanlar ədalətli hakimiyyətdə məqama layiq deyil. Çünki zülm onların xarakterinə hopmuşdur və ədalətli hakimiyyətlə heç bir uyğunluqları yoxdur. Digər tərəfdən, onların zalımlığından xəbərdar xalq növbəti dəfə onları vəzifədə gördükdə mövcud hakimiyyətdən bədbin ola bilər. Belə bir fikir yaranar ki, hazırkı hökumət də əvvəlki zalım hökumətin davamıdır və nazirlər öz mənafeləri üçün çalışasıdır.
Aydın məsələdir ki, belə bir düşüncə ilə xalq kütləsi yenə də zülm-sitəm altında olduğunu fikirləşəcək. Və yeni dövlətə etibar göstərilməyəcək. Bu yolla hakimiyyət və xalq arasında uçurum yaranır, çox vaxt zalım nazirlərin ucbatından yeni dövlət süquta uğrayır. Həzrət İmam Əli (ə) Malik Əştərə buyurur:
“Sənin üçün ən pis nazir o nazirdir ki, səndən öncə şər hakimiyyətdə nazir olub. O əvvəlki hakimiyyətin günahlarına şərik və yardımçıdır. Belələri sənə sirdaş olmamalıdır. Çünki onlar günahkarların həmkarı, sitəmkarların qardaşlarıdır. Sənin ixtiyarında ən üstün insanlar var. Onlar düşüncə və ictimai nüfuz baxımından ətəyi bulaşıqlardan əskik deyil. Bundan əlavə, onlar günaha batmayıb, sitəmkarlarla həmkarlıq etməyib, günahda onlara şərik olmayıb.”
Həzrət Əli (ə) öz hakimi ilə əvvəlki rejim məmurlarının münasibətini son incəliyinədək araşdırıb Malik Əştərə tövsiyələr verir. Paklıq əsasında seçim mütəxəssis çatışmazlığı problemi yarada bilər. Bununla belə, Malikin diqqəti inqilabi, nüfuzlu qüvvələrə yönəldilir. Xatırladılır ki, uyğun təfəkkürlə cəmiyyəti saflaşdırmaqdan çəkinməsin. Çünki sağlam qüvvələr asanlıqla azğın qüvvələri əvəz edəsidir.

İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı 



1836 بازدید
در حال ارسال اطلاعات...