Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

Düşmən güclüdürsə, döyüşdən qaçmaq olarmı?

"Ey iman gətirənlər, döyüş meydanında kafirlərlə rastlaşdığınız zaman dönüb qaçmayın"
Sual: İmanlı insanda hansı xüsusiyyətlər olmalıdır?

Cavab: Quran ayələri və Əhli-beyt hədislərində möminlərə məxsus bir çox sifətlər sadalanır. Biz yalnız «Ənfal» surəsində qeyd edilmiş sifətlərdən danışacağıq: «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyər».
Həqiqi möminlərdə üç mənəvi və iki əməli keyfiyyət olur. Üç mənəvi xüsusiyyət məsuliyyət hissi, imanın təkamülü və təvəkkülüdür. Demək, mömin insan Allah qarşısında məsuliyyət hiss edir və onun buyurduğu vəzifələrdə səhlənkarlıq göstərmir.
Möminlərin ikinci mənəvi xüsusiyyəti odur ki, Allahın ayələri oxunduğu zaman imanları artar.
Təkamül bütün dirilərə məxsus olan xüsusiyyətdir. Əgər insanın qəlbində iman ölməmişsə, o inkişaf etməlidir. Diri iman isə, yalnız həqiqi möminlərin qəlbində olur.
Möminlərə məxsus üçüncü sifət, onların yalnız Allaha təvəkkül etməsidir. Onların düşüncələri o qədər uca və genişdir ki, zəif təbiətli insan nəslinə güvənməzlər.
Möminlərin əməli xüsusiyyətləri haqqında belə buyurulur: «Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər». Aydın olur ki, həqiqi möminlərin həm Allah, həm də cəmiyyət qarşısında əməli vəzifələri vardır: ibadət və xalqa yardım!

Sual: Düşmən güclüdürsə, döyüşdən qaçmaq olarmı?

Cavab: Yuxarıdakı suala Quran ayələri belə cavab verir:
«Ey iman gətirənlər, döyüş meydanında kafirlərlə rastlaşdığınız zaman dönüb qaçmayın». («Ənfal» surəsi, ayə 15.)
«İçərinizdə iyirmi səbirli kişi olsa, min kafirə qalib gələr». («Ənfal» surəsi, ayə 65.)
«Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün kafirələrə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin». («Ənfal» surəsi, ayə 60.) «Allahın izni olmayınca, heç kəsə ölüm yoxdur». («Ali-imran» surəsi, ayə 145.)
«Sizin içərinizdən iki dəstə qorxaraq, geri çəkilmək fikirinə düşmüşdü. Hansı ki, Allah onların yardımçısı idi. Möminlər gərək Allaha təvəkkül etsinlər». («Ali-imran» surəsi, ayə 122.)
«...Kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir». («Ənfal» surəsi, ayə 16.)
Ayələrdən açıq-aşkar görünür ki, döyüşdən qaçmaq İslamda böyük günahlardan hesab olunur.
İmam Əli ibn Musa ər-Riza (ə) belə buyurur: «Allah-təala cihaddan qaçmağı ona görə haram buyurub ki, dində süstlüyə, Peyğəmbər və imamların proqramlarının təhqirinə səbəb olur. Müsəlmanların döyüşdən qaçması səbəbindən düşmən cəsarətə gəlir».
Həzrət Əli (ə) cihaddan qaçmağa münasibətini belə bildirir: «Heç zaman düşmən qoşununun qarşısından qaçmadım və kimsə meydanda mənimlə üz-üzə gəlmədi. Kim gəldisə, torpağı qanıyla sirab etdim». («Nurus-Səqəleyn», 2-ci cild səh.139.)


1826 بازدید