Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2015

İmam Xomeyni 52 il qabaq Amerikaya müxalif idi

Cənab Rəhbər tarixi yada salır
Allah-Taala lütf etdi, İmamın (r) rəhbərliyini bu xalqa böyük nemət olaraq hədiyyə buyurdu. Böyük İmam xalqı oyatdı, ona bəsirət verdi, çətinlikləri üzərinə aldı, sürgün edildi, həbsə alındı, amma tutduğu yoldan əl çəkmədi. Tədricən bu agahlıq və bəsirət genişləndi, 1356, 1357-ci illərdə İran xalqı üçün ümumi hərəkata çevrildi. Bu hərəkatın hədəfi təkcə şahlıq səltənəti deyildi, həm də Amerika idi. Millət bilirdi ki, ona və məmləkətə qarşı cinayətlərin arxasında Amerika dayanır. Böyük İmam 1342-ci ildə inqilabi hərəkatın başlanğıcında buyurmuşdu: “Amerika prezidenti bu gün İranda ən çox nifrət edilən adamdır.” İmam bu düşüncəni ictimai fikrə çevirdi. Bütün pisliklərin arxasında Amerikanın dayandığını göstərdi. Beləcə, m