Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Qara ciyər piylənməsinə qarşı

Qara ciyər toxmalarında piy yığılması və qara ciyərin iltihabı qara ciyər piylənməsi (fatty liver) deyilən xəstəliyə səbəb olur. Bu xəstəliyə daha çox alkaqollu içkilərin məsrəfi səbəb olur. Amma xəstəliyin şəkər, köklük, pis qidalanma kimi səbəbləri də var.

Həyat maşınlaşdıqca, insanların hərəkəti azaldıqca, kolorili yeməklər artdıqca, həyat şəraiti bir növ modernləşdikcə qara ciyər piylənməsi kimi xəstəliklər də artır. Şəkər, qan təzyiqi, infarkt, xərçəng keçmişdə az təsadüf olunan xəstəliklər idi. Hansı ki bu gün bu xəstəliklər geniş yayılıb. Qara ciyər piylənməsi də bu sıradandır.

1991-ci ildə qara ciyər piylənməsindən ölüm statistikasında böyük sıçrayış yarandı. Xəstələrin 50 faizi məhz düzgün olmayan həyat şəraitinə görə bu xəstəliyə yoluxmuşdular. Unutmayaq ki, alkaqollu içkilər və ya piyli qidalar təklikdə qara ciyər piylənməsinə səbəb ola bilər. İki amil birləşdikdə xəstəlik ehtimalı daha da artır.

Xəstəliyin qarşısını almaq üçün profilaktika daha böyük əhəmiyyət kəsb edir.

1.Alkaqollu içkilərdən çəkinin. Qara ciyərin funksiyalarından biri qanın tərkibindəki zəhərləri təmizləməkdir. Qara ciyərin təmizləmə gücü qeyri-məhdud deyil. Alkaqollu içkilər qara ciyərin zəhərləri təmizləmə funksiyasını ağırlaşdırır və bu funksiyanı pozur.

2.Yanlış fikirlərdən uzaq olun. Bəziləri düşünür ki, yalnız spirtli içkilərə aludəçilik, alkaqolizm qara ciyər piylənməsi yaradır. Amma orqanizmlərin alkaqola riyaksiyası fərqlidir. Bəziləri az da içsə tez aludə olur və qara ciyər piylənməsinə tez yoluxur.

3.Piyli və yağlı qidalardan uzaq olun. Qeyd etdik ki, qara ciyər yağlanması alkaqol və qeyri-alkaqol yönlü olur. Qeyri-alkaqol yönlü piylənmə qanda yağlılıqla birbaşa əlaqəlidir. Hazırda hər beş nə