Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

Məqsədi zülm və istismar olan dövlət qısa bir zamanda süquta uğrayacaq

Zalım dövlətin hakimiyyəti altında yaşayan insanlar daim onun süqutunu istəyəcək
Peyğəmbərlərin məqsədi bəşər cəmiyyətində ədaləti bərqərar etmək olmuşdur. Həzrət Əli (ə) da dövlətin möhkəmliyini ədalət və bərabərliyin tə’minində görür. O Malik Əştəri təşviq edir ki, ədaləti bərqərar etməklə xalqa mehribanlıq göstərib dostluğunu izhar etsin. Beləcə, dövlət və nizam ədalətin bərpası və bərabərliyi özünə şüar seçsə və bu prinsipləri işə sala bilsə, həmin dövlət yaşamaq ləyaqəti tapacaq. Məqsədi zülm və istismar olan dövlət isə qısa bir zamanda süquta uğrayacaq. Təbii ki, haqq dövlətin hakimiyyətində yaşayan insanlar bu hakimiyyətin davamını arzulayacaq. Əksinə, zalım dövlətin hakimiyyəti altında yaşayan insanlar daim onun süqutunu istəyəcək, bu zülm büsatının sonunu gözləyəcək. 

Həzrət Əli (ə) buyurur:
“Hakimlərin gözünün ən böyük nuru bütün məmləkətdə ədalətin bərqərarı, rəiyyətin məhəbbətinin izhar olmasıdır. Şübhəsiz, xalqın dostluğu yalnız valilərə münasibətdə pak qəlblərlə aşkarlanır. Onların xeyirxahlığı o zaman faydalı olacaq ki, öz meylləri ilə hakimin başına toplansınlar və hakimiyyət onlar üçün yük olmasın, hakimiyyət müddətinin uzanması rəiyyətə əzaba çevrilməsin. Beləsə, onların istəklərinə meydan ver.”

İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı