Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2015

“Sizin azadlığınız üçün dua edirəm!”

İmam Xomeyniyə (r) soğan suyu ilə məktub
“Rəmzi-moqavemət” kitabında İraqın İrana qarşı təcavüzkar müharibəsi ilə bağlı maraqlı xatirələr yer alıb. İraqda əsirlikdə olmuş iranlı döyüşçü həmin günləri xatırlayır: Ürəyimdən keçirdi ki, İmama məktub yazım. Amma iraqlılar bütün məktubları oxuyurdular. Əgər İmama məktub yazdığımı bilsəydilər edam edərdilər. Çox fikirləşəndən sonra mətbəxdən bir soğan götürə bildim. Ailəmə ünvanlanmış məktubda soğan suyu ilə İmama ürək sözlərimi yazdım. Məktubu işığa tutanda yazılar görünürdü. Ailəmə məktubda söz arası işarələr vardı. Beləcə, məktubu İmama çatdırmışdılar. İmam cavab yazmışdı. Məktubu oxuyanda həyəcandan bədənim əsirdi. İmam yazmışdı ki, sizin azadlığınız üçün dua edirəm, siz səbir və müqavimət nümunəsisiniz, bir gün vətənə dönəcəyinizə ümid edirəm...

Vilayet.nuraz.in


1466 بازدید
در حال ارسال اطلاعات...