Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2015

ABŞ ötən illərdəki cinayətlərinə görə təzminat ödəməlidir!

İslam Şura Məclisi ABŞ konqresinə cavab verdi...
Amerika Konqresinin müxtəlif terror hadisələrində zərər çəkmiş 1300 amerikalıya dondurulmuş İran pullarından 1 milyard 750 milyon dollar təzminat götürməsi qərarına İranın İslam Şura Məclisi adekvat addımla cavab verib. Amerikanın İrana qarşı cinayətlər müqabilində təzminat ödəməli olduğu yeni layihədə öz əksini tapıb. Layihədə deyilir:
-28 mordad çevrilişindən İslam İnqilabının qələbəsinə qədər ABŞ-ın əlaltısı olan hakimiyyətdən İran xalqına dəyən zərərlərə görə təzminat ödənməlidir;
-ABŞ-ın himayəsi altında İraqın İrana təcavüzü, 8 illik müharibədə şəhadətə çatan 223 min nəfər, yaralanan 600 min nəfər iranlıya təzminat ödənməlidir;
-ABŞ-ın himayəsi ilə İraqın İrana təcavüzündə ölkəyə dəyən 10x100 milyard dollar zərərə görə təzminat ödənməlidir;
-ABŞ-ın həmkarlığa ilə müxtəlif terror əməliyyatlarında şəhadətə çata 17 min iranlıya təzminat ödənməlidir;
-ABŞ İrana məxsus pul və əmlakın qanunsuz bloklanmasına görə təzminat ödəməlidir...
Layihədə Amerikanın iştirakı ilə həyata keçən bir sıra başqa cinayətlərə görə də təzminat ödənməsi tələb edilir.

Vilayet.nuraz.in


1597 بازدید
در حال ارسال اطلاعات...