Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Hicaba dəvət

Cavan oğlan çox rahat, soyuqqanlıqla bir kişiyə yaxınlaşır və ehtiramla deyir: Bağışlayın, xanımınız necə də gözəldir!
Kişinin əsla ağlına gəlməzdi ki, belə bir söz eşidə. Əsəbi halda yerindən qalxıb bazarın ortasında cavanın yaxasından tutub divara çırpır və deyir: Məgər sənin namusun yoxdur, xəcalət çəkmirsən?
Cavan  heç bir şey olmamış kimi sakit dayanır. Yenə də rahat və soyuqqanlılıqla deyir: Çox üzər istəyirəm, bu qədər əsəbi və qeyrətli olmağınızı bilməzdim. Gördüm ki, bütün bazar əhli icazəsiz baxır və ləzzət alırlar.  Daha yaxamı burax, bu işin xeyrindən keçdim.
Kişi yerində quruyub qalmışdı. Əli oğlanın yaxasında, gözaltı həyat yoldaşına nəzər salır işin nə yerdə olduğunu anlayır.

***
Ana makiyajlı qızı ilə alış-veriş üçün bazara gedir. Bazardakı cavanlardan və kişilərdən bəziləri o qıza baxmağa başlayırlar. Başa düşdüm ki, qızın anası bu işdən xəbərsizdir. Ona tərəf gedib dedim: Xanım, olar sizin qızınızla bir şəkil çəkdirim? Mənim sözümdən əsəbləşən ana dedi: Məgər qızımı sahibsiz görmüsən? Dedim: Mənə çatanda sahibi oldu? Bütün bazar gözləri ilə qızınızın şəklini və videosunu çəkir, mən ki, icazə istədim...

***

Piyada yolu ilə gedirdim, hicablı bir ananın hicabına yaxşı riayət etməyən qızı ilə birlikdə dükana girdiyini gördüm. Yaşlı bir qadının hicaba riyaət etməsi, amma cavan qızın dar və qısa manto geyinməsi, saçının yarısını da çöldə saxlaması məni çox təəccübləndirmişdi. Öz-özümə dedim: Gözləyim dükandan çıxsınlar bunun səbəbini soruşum. Ana qızı ilə dükandan çıxdıqdan sonra onlara yaxınlaşıb soruşdum: Xanım, olar sizdən qızınızın hicabının sizdən fərqinin yerlə göy qədər olmasının səbəbini soruşum? Ana cavab verdi: Bacı, mənim daha yaşım keçib, bədənim və boy-buxunum da formadan düşüb. Əgər qızım kimi geyinsəm çox pis görünərəm. Çadır geyinəndə daha yaxşı görünürəm! Üzümü onun qızına çevirib dedim: Əgər çadır sizin eyiblərinizi örtürsə və gözəl görünürsünüzsə, mütləq qızınız da örtünsə gözəl görünər. Bir də bilirsən, kişilər bu cür geyinənlərə baxıb ləzzət alırlar və sizin qızınız da onların günaha batmasına vasitə olur!


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov  


1208 بازدید
در حال ارسال اطلاعات...