Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2016

Ali Rəhbər: Amerikaya müsəlmanların şiə və ya sünni olmağı əhəmiyyət daşımır!

Müasir İslam mədəniyyətinin bərpasında gözümüzü Qərbə dikməməli, onların bizə qarşı hər hansı razılıq və narazılığına əhəmiyyət verməməli...
Tehran 2015 29 dekabr İslam Vəhdət Konfransının xitam mərasimində iştirak edən Dünya Müsəlmanlarının Ali Rəhbəri həzrət Ayətullah Xamenei konfransın iştirakçılarını, o cümlədən, bütün dünya müsəlmanlarını həzrət Məhəmməd peyğəmbər (s) və həzrət imam Cəfər Sadiqin (ə) mübarək təvəllüdü günü münasibətilə təbrik edərək bübildirib ki, bu gün İslam dünyasının, xüsusilə də, din alimləri və sağlam ziyalıların üzərinə düşən ən mühüm vəzifə zülm, ayrıseçkilik və qəddarlıq içində boğulan dünyaya İslamın həyat bəxş edən əsl mənəvi ruhunu üfürməkdir. Artıq İslamın növbəsidir ki, bu gün elmə, dünya səviyyəli nailiyyətlərə, şüur, tədbir və bəsirətə arxalanaraq müasir İslam mədəniyyətinin bərpası istiqamətində qəti addım atsın. İslam ümmətinin üzərinə düşən vəzifə yalnız həzrət Peyğəmbər (s) kimi ilahi şəxsiyyətlərin təvəllüd günləri və s. hadisələri bayram qeyd etməklə bitmir və gərək belə bir ideal mədəniyyətə nail olmaq üçün hümmət götürsün. Bu mədəniyyət Qərbin onlara verdiyi ölkələri istila, xalqların hüquqlarının tapdanması və öz milli adət-ənənə və mədəniyyətlərinin məhvinə səbəb olan ideologiyaya zidd olaraq bəşəriyyətə ilahi dəyər bağışlayaraq onlara öz iradəsi əsasında düzgün istiqamət götürməyə zəmin yaradır. Doğrudur ki, Qərb bunun sayəsində həyatın bir çox sahələrində tərəqqi, texnoloji inkişaf, sürətli nailiyyətlər və asayiş əldə etsə də, heç vaxt bəşəriyyətə xoşbəxtlik, səadət və ədaləti aşılaya bilməyib və hazırda öz daxilində ziddiyyətlə çarpışır. Qərb zahiri təmtərağına baxmayaraq əxlaq və tərbiyədən uzaq, mənəviyyatca puç bir dövrün girdabına düşüb ki, artıq özləri də, bunu etiraf edirlər.
Amma müasir İslam mədəniyyətinin dünya səviyyəli təməlinin qoyuluşunda müsəlman aləmindəki siyasi hakim dairələrə ümid bəsləmək olmaz və gərək din xadimləri, o cümlədən, Qərbə bağlamayan sağlam ziyalılar onun maarifləndirmə işlərini İslam ümməti arasında öz üzərilərinə götürsünlər və bu da, qeyri-mümkün bir iş deyildir.
Hazırda müsəlman dünyasındakı mövcud potensiyaların İslam təlimatı ilə mütənasib sintezi nəticəsində elm, texnologiya, siyasi və digər ictimai sahələrdə böyük uğurlar qazanmaq olar. İran özü inqilabdan əvvəl elmi, mədəni və siyasi sahələrdə müasir inkişafdan olduqca geri və uzaq idi, həmçinin dövlət səviyyəsində xaricdən asılı olaraq qalırdı. Amma inqilabın bərəkəti sayəsində xalqımız dünyada öz milli istiqlaliyyətini aydın nümayiş etdirərək elm və texnologiyada gözlənilməz nailiyyətlər əldə edib, bir çox müasir bilik və fənlər üzrə mütərəqqi ölkələrlə bərabər səviyyədə durur. Nəzərdə tutulan bu tərəqqiyə nail olmağın bircə şərti var və o da, budur ki, başımızın üzərindən hegemon dövlətlərin ağır sayəsini qovmalıyıq. Amma bu özü müəyyən qurban və iradi xərclər tələb edir ki, onsuz mümkün deyil.
Müasir İslam mədəniyyətinin bərpasında gözümüzü Qərbə dikməməli, onların bizə qarşı hər hansı razılıq və narazılığına əhəmiyyət verməməli və öz bacarıq və potensial imkanlarımıza arxalanaraq düzgün istiqamət götürməliyik.
Amerikanın rəsmilərinin dilində sünni-şiə ifadələri səsləndiyi vaxtdan etibarən bəsirət və düşüncə sahibləri proqnoz verirdilər ki, yeritdikləri əvvəlki siyasətdən daha təhlükəli ideyalar ardıncadırlar. Amerikanın sabiq prezidentinin 11 sentyabr hadisəsindən sonra dilinə gətirdiyi səlib yürüşü ifadəsi hegemon aləmin İslama qarşı mübarizəyə qalxdığını göstərir. ABŞ-ın indiki prezidentinin də, zahiri bəyanatlarına rəğmən, əsl İslamla müxalif olaraq müsəlmanlar arasında münaqişə törətmək qəsdindədir. Bunların nümunələri Amerikanın və müttəfiqlərinin siyasi himayəsi altında İŞİD və s. qrupların yaradılması və onların müsəlman ölkələrində törətdikləri cinayətlərdir. Onlar üçün müsəlmanın sünni və ya şiə olmağı əhəmiyyət daşımır. Məgər olmazın təcavüzə məruz qalan Qəzzənin əhalisi, yaxud daim təzyiqdə saxlanılan fələstinlilər sünni deyillərmi?! Amerikanı sünni və ya şiə yox, İslamın ayin və qanunları uğrunda mübarizəyə qalxan hər bir müsəlman narahat edir. Odur ki, İslam dünyasında baş qaldıran oyanış onları bərk təşvişə saldı və tələsik onu cilovlamağa başladılar və bəzi yerlərdə də, nail oldular. Amma bu islami oyanış qarşısıalınmazdır və Allahın mərhəməti ilə öz məqsədinə yetişəcək. Belə provokasiya və fitnəyə qətiyyən uymaq olmaz və aydın bəsirətlə onun qarşısında möhkəm dayanmaq lazımdır.
Nə üçün Nigeriyada minə yaxın müsəlmanın qətliamının şahidi olmalı və müsəlman dünyasından bir səs-səmir çıxmamalıdır?! Anlamalıyıq ki, biz müsəlmanların düşmənlərinin məqsədləri olduqca təhlükəlidir və hamı baş verən hadisələr barədə düzgün təsəvvür əldə etməlidir. Xüsusilə, din alim və xadimləri, o cümlədən, sağlam ziyalıların gedən proseslər barədə müsəlmanların obyektiv məlumatlandırılması üzərlərinə düşən əsas məsuliyyətlərdən sayılır. Hal-hazırda müsəlman dünyasını bürüyən belə qlobal təhlükənin şahidi olduğumuz halda heç kəsin gözünü yumub, yatmağa haqqı yoxdur...


Nuraz.in/khabaronline


1425 بازدید
در حال ارسال اطلاعات...