Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Əmr be məruf (yaxşılığa dəvət)

Həzrət höccətül-islam vəl-müslimin Hacı Şeyx Qulamrza Firuzian buyurur: 1323-cü ilin yayında Tehranın Vənək məntəqəsində minbərə getdim. Oranın imam-cmaatı bir seyid idi. 55 il keçdiyindən adı yadımda qalmayıb.

Onunla birlikdə söhbət əsnasında deyirdi: Bir gün evdən bir səs gəldi. Gedib qapını açanda qarşımda yarıçılpaq və hicabsız bir qadını gördüm. Ona etina göstərmədən qapını örtmək istədim. Fikirləşdim ki, bu vəziyyətdə bir ruhaninin qapısına gəlməkdə yəqin hicabsızlığın günah olduğunu bilmir, dedim bəlkə nəsihət edəm. Başımı aşağı salıb dedim buyurun. İçəri daxil olub oturdu və irs barədə məndən sual soruşdu. Dedim ki, mən də səndən bir sual soruşmaq istəyirəm, əgər cavab versən, mən də sənin sualına cavab verəcəm.

Dedi: Siz məndən sual soruşursunuz?

Dedim: Bəli.

Dedi: Buyurun.

Dedim: Bir şəxs gözəl ətirli və dadlı yemək yeyirdi. Bir nəfər imkansız, ac oradan keçəndə yeməyin iyinə dayanır və onun qarşısında oturur ki, bəlkə ona yemək təklif edə. Amma o ac adama fikir vermir.

Yoldan keçən ac adam ondan bir tikə yemək istəyir.

Yemək yeyən deyir: Yemək mənimdir, vermirəm.

Hər nə qədər yalvarırsa ona yeməkdən vermir.

Sonra evinə gələn qadına deyir: Xanım bu necə insandır?

Dedi: Bu adam rəhimsiz və Şimirdən də pisdir.

Dedim: İki cür ac var: Qarın acı və şəhvət acı.

Qərbli bir gənc – Şəhvət acı: Cavan oğlan yolda yarıçılpaq və bəzənib-düzənmiş gözəl bir qadını görür. Onunla birlikdə bir qədər yol gedir ki, bəlkə ona diqqət edə və bir az xoş üz göstərə. Amma o qadın cavana etina etmir.

Cavan ona əlaqəsi olduğunu deyir. Qadın isə ona məhəl qoymur. Cavan xahiş edir. Qadın deyir: Mən nəcibəm və səninlə söhbət etmək istəmirəm.

Cavan yalvarır.

Qadın yenə də ona etina etmir.

İndi sizcə o qadın necə adamdır?

Qadın bir az fikirləşir və qalxıb evdən gedir.

Sabahı gün yenə qapımızı döyürlər. Gedib qapını açanda Polkovnikin qapımızın ağzında dayandığını gördüm. İçəri girmək üçün icazə istəyir. Evə girib oturub dedi: Mən dünənki qadının əriyəm. Ailəmiz məzhəbi olduğundan onunla evlənəndə ondan hicablı olmasını istədim. Dedi ki, evlənəndən sonra hicablı olaram. Amma izdivacdan sonra ondan nə qədər xahiş etdimsə hicablı olmaq istəmirdi. Amma dünən sizdən qayıtdıqdan sonra məndən İslami geyim və çadır istədi. Bilmirəm dünən ona nə demisiniz.

Əhvalatı ona danışdım. Polkovnik özü ilə əba gətirmişdi, əbanı mənə hədiyə etdi və təşəkkür edib getdi. 


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov



1524 بازدید
در حال ارسال اطلاعات...