Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Ərəbistanın yalnız həccə görə əhəmiyyəti var!

Qərbdə Şeyx Nimrin edamından danışanda Səddamın Ayətullah Sədri edam etməsini yada salırlar
Təcrübəli İran diplomatı Həmid Riza Asifi ağır böhran yaşayan Səudiyyə Ərəbistanının region və dünyada hər gün nüfuzu artan İranla diplomatik əlaqələri kəsməsinə münasibət bildirib (aftabir.com). Asifi deyib:
Məlik Abdullanın ölümündən sonra Ərəbistanın hakim elitasında ciddi dəyişikliklər müşahidə edilir. Əvvəlki kral İranla həmişə ehtiyatlı davranmaq siyasəti yürüdürdü. Salmanın hakimiyyətə gəlişi ilə ölkədə rəhbər vəzifələr emosional, təcrübəsiz insanlara tapşırılıb...
Bəhreyni işğal etdilər, Suriyada qanuni hakimiyyəti devirmək istəyirlər, Yəmənə müdaxilə davam edir. Bütün bunlar dərin bir böhrandan danışır. Salman qısa müddətdə ötən 20 ildəki qədər edam həyata keçirib. Diplomatik əlaqələrin kəsilməsi bu rejimin məntiqsiz olduğunu təsdiqlədi...
Ərəbistanla ciddi rabitəmiz olmayıb. Yalnız İslam ölkəsi olduğu üçün, Müqəddəs Kəbə bu ölkədə yerləşdiyi üçün əhəmiyyət daşıyır. Bundan əlavə, İran bütün dünya ilə süıh münasibətində olmaq istəyir. Ərəbistan daxildə və xaricdə böhran yaşayır. Fransa, Almaniya, İngiltərə mətbuatı Riyazı məsxərəyə qoyur. Yazırlar ki, Ərəbistanın olanı xurma, neft və terrordur. Qərdə Şeyx Nimrin edamından danışanda Səddamın Ayətullah Sədri edam etməsini yada salırlar.

Vilayet.nuraz.in


1174 بازدید
در حال ارسال اطلاعات...