Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Ayətullah Xameneinin şəhid Ələmul-Hudaya sualı

Cənab Rəhbər Xuzistanda səfərdə olub
16 dey – şəhid Hüseyn Ələmül-Hüdanın şəhadət ildönümü (khamenei.ir)

Hüveyzə Şəhidlər Xiyabanını ziyarət edən Ayətullah Xamenei deyib: Bu çölləri təcavüzkar qüvvələr doldurmişdu. Bütün bu pak torpaqlar düşmən çəkməsi altında qalmışdı. Silahlı qüvvələrimiz, hərbi qurumlarımız bütün imkanlarını təcavüzkarlara qarşı səfərbər etdi. Amma o zaman sayı 20-30 nəfər olan bu gənclər düşmənin üzərinə əliyalın getdilər. Qəlbləri imanla dolu idi, Allaha təvəkkül etmişdilər. Bax bu çöllərdə neçə min tank və zirehli maşın vardı. Bu kiçik qrup o zahirdə böyük qüvvə ilə vuruşmaqda israrlı idi. İmam Hüseyn də az adamla düşmən dəryası qarşısında dayandı, qəlbi əsmədi, iradəsi süstləşmədi, tərəddüd etmədi. Bu gənclər həqiqətən o ruhiyyədə idilər.
Mən elə burada şəhid Ələmül-Hudadan soruşdum ki, düşmənlə döyüşə bu qədər qətiyyətlə gedirsiniz, nə silah-sursatınız var?! Onların qəlbi iman nuru və təvəkküllə o qədər möhkəmlənmişdi ki, əllərinin boş olmasından narahat deyildilər. Hərəkət etdilər, yola düşdülər. Allah yolunda cihad istəyirdilər, bu yolda şəhadət arzulayırdılar.

Vilayet.nuraz.in


1791 بازدید
در حال ارسال اطلاعات...