Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Amerika muzdurlarının ölkədən çıxması iftixardır!

Ayətullah Ələmul-huda Amerikanın əlaltısı olan Ərəbistan diplomatlarının gedişini müsbət hal sayır
Mehr informasiya şəbəkəsi Müqəddəs Məşhəd şəhərində şəhid Şeyx Nimrin anım mərasimdən yazır.

Mərasimdə iştirak edən Ayətullah Ələmul-huda deyib:
Səudiyyə hökumətinin diplomatik əlaqələri kəsməsi və Amerikanın oyuncağı olan bir qrupun ölkədən getməsi nəinki İrana zərər deyil, hətta sevinc doğurur. Şahın gedişi necə sevindirirdisə, onların da gedişi sevindirir.
Bu xalq İslam və inqilaba münasibətdə elə möhkəm və səmimi mövqe tutdu ki, Amerika və İsrail muzdurları onunla keçinə bilmədilər və getdilər. Bu bizim xalq üçün bir iftixardır.
Şeyx Nimrə qarşı yeganə ittiham onun Səudiyyə hökumətinə müxalif olması idi və Şeyx əlinə silah almamışdı. İnsan haqlarından dəm vuranlar bir ruhanini rejimi qəbul etmədiyi üçün qətlə yetirdilər. Təəssüf ki, şiə cameəsi də bu hadisəyə lazımi şəkildə reaksiya göstərmədi.
İslam Respublikasına qarşı cəbhə yaradanlar birdəfəyə məhv olacaqlar. Əsas bizim etiqadımızdır. Bilməliyik ki, onların hərəkətləri yanlış və qısamüddətlidir. Dünya bağlarını qırmalı, Allaha doğru hərəkət üçün Ona bağlanmalıyıq.
Cihad ibadətin gerçəkləşməsi, fitrətə bağlılıq səbəbidir.

Vilayet.nuraz.in


1270 بازدید
در حال ارسال اطلاعات...