Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

“Devalvasiya ölkənin bütün həyatını iflic edib”

Xalq həyəcan içindədir
Milli Şuranın sədri, professor Cəmil Həsənli devalvasiyanın ölkəyə vurduğu ziyandan yazıb. Cəmil Həsənli Facebook səhifəsində yazır:

Dostlar! Devalvasiya ölkənin bütün həyatını iflic edib. Hökumətin bir il əvvəlki yekaxanalığından əsər-əlamət yoxdur. Analoqsuz inkişaf barədə rəsmi bəyanatlar, bu inkişaf barədə hekayələr uyduran televiziya müzakirələri, davamlı inkişaf barədə konseptual nağıllar, demokratiyanın Azərbaycan yolu və onun möhkəm iqtisadi dayaqlara söykəndiyi haqqında uydurulan əfsanələr sabun köpüyü kimi qısa müddətdə yox oldu. İndi baş verənləri rəsmilər də, iqtisadçılar da, hakimiyyətin dil boğaza qoymayan təbliğatçıları da az qala qəzavü-qədərin işi kimi qələmə versinlər. Üzgüçülük məsələsində manatımı