Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

İran əleyhinə Ərəb-Amerika ittifaqı!

İranın Qərbi Asiyada nüfuzunu nəzərə alaraq Vaşinqton bu ölkəyə iqtisadi təzyiqlərini artırmalıdır
Nuraz.in mashreghnews.ir-a istinadən:


Foreign Affairs təklif edir ki, Amerika İranın düşmənlərinin operativ qüvvələrini birləşərək ölkə daxilində hər hansı strateji əməliyyata əl atmaq üçün milli azlıqları özünə cəlb etməli və həmçinin ərəb dünyasını Tehrana qarşı qaldırmalıdır.

Amerika Beynəlxalq Rabitələr Şurasının (Council on Foreign Relations) nəzdində nəşr edilən “Foreign Affairs” son yeni sayında “Tehrana ciddi təzyiqin vaxtı: Nüvə razılıqlarından sonra İranın siyasi durumu” başlığı altında “Joint Comprehensive Plan of Acrion (JCPOA)” nüvə razılığını tənqid atəşinə tutaraq İranın hakim rejimini devirmək üçün geniş plan irəli sürür. Bu siyasi institutun tanınmış neçə ekspertinin verdiyi plan diqqəti özünə cəlb edir:

Amerika vasitəsilə ərəb dünyası İranın əleyhinə qaldırılmalıdır!

اتحاد اعراب توسط آمریکا برای مقابله با ایران/ تشکیل نیروی ویژه برای عملیات در ایران/// در حال ویرایش

İranın Qərbi Asiyada nüfuzunu nəzərə alaraq Vaşinqton bu ölkəyə iqtisadi təzyiqlərini artırmalı, ölkə daxilində iğtişaş və təfriqəyə şərait yaratmalı, onun nüfuzunu kəsərək daha artıq zərər və ziyanlarla üzləşdirməlidir...

Amerika regionda fiqurlarını işə salmalıdır!

اتحاد اعراب توسط آمریکا برای مقابله با ایران/ تشکیل نیروی ویژه برای عملیات در ایران/// در حال ویرایش

İrana qarşı Amerika təkbaşına deyil, regionda rol oynaya biləcək fiqurlarını işə salmalıdır. Məsələn, bu məqsədlə İraqın bir sıra siyasi xadimləri, fars körfəzi şahzadələri, o cümlədən məntəqədə vuruşan terrorist qrupları cəlb edilməlidir ki, nəhayət, İran tək Amerikanın başçılığı altında bütün ərəb dünyası ilə üz-üzə durduğunu görsün...

İranın nüfuz qolları qırılmalıdır!

Amerika İranın xüsusi olaraq İraqda nüfuzunun qarşısını kəsməli, öz ətrafına kürdləri, qeyri-radikal şiələri və sünniləri toplamaqla ərsəni ona daraltmalıdır...
Həmçinin İranla husilər arasındakı rabitəni qırmaq üçün Yəmənin əleyhinə birləşən koalisiyadan heç bir yardımını əsirgəməməlidir...

اتحاد اعراب توسط آمریکا برای مقابله با ایران/ تشکیل نیروی ویژه برای عملیات در ایران/// در حال ویرایش

Amerika İrana qarşı olan ölkələri öz pənahına almalıdır!

1. Təhlükəsizliyini təmin edən yardımlarla təmin etməli.
2. İqtisadi və infrastrukturlarını inkişaf etdirən investisiyalara şərait yaratmalı.
3. İranın onların hər hansı enerji ixracının mane törədə biləcək yollarını kəsməlidir.

Amerika öz müttəfiqlərini keçilməz sipərə çevirməlidir!

اتحاد اعراب توسط آمریکا برای مقابله با ایران/ تشکیل نیروی ویژه برای عملیات در ایران/// در حال ویرایش

Qeyd edilən ölkələri İranın hər hansı raket və digər hücumlarının qarşısını kəsə biləcək müasir sistemlərlə təchiz etməli və bu işdə İsraillə əməkdaşlığı nəzərə almalıdır.
Həmçinin onların operativ qüvvələrini birləşdirərək İran daxilində hər hansı strateji əməliyyatı həyata keçirmək üçün ölkə daxilindəki milli azlıqlara xüsusi əhəmiyyət verməlidir...

Maraqlı orasıdır ki, JCPOA İranın ballistik raketlərinin istehsalına elə də, məhdudiyyət yaratmır və bu özü nüvə silahı imkanının əsası sayılır. Bu vəziyyətlə əldə edilən razılıqların nəticəsi xaosdur və İranın nüvə potensiyasını rəsmi tanıdaraq onu ikiəlli nüvə silahına doğru yönəltmək deməkdir. Odur ki, bunu tarixdə silahlanmaya qarşı nəzərdə tutulan ən naqis akt adlandırmalıyıq. Çünki İran istənilən vaxt gizli surətdə nüvə silahını əldə edə bilər...

اتحاد اعراب توسط آمریکا برای مقابله با ایران/ تشکیل نیروی ویژه برای عملیات در ایران/// در حال ویرایش

JCPOA-ə islahat təklifi!

Amerikanın yeni prezidenti JCPOA-də islahat aparmalı, onun yekun tarixini silib atmalıdır...
İranın ballistik raketlərinə sahib olmağı nüvə başlıqlarının istifadəsinə zəmindən başqa bir şey deyil...
Bir də ki, JCPOA-i nə xalq himayə edir və nə də, konqresin nümayəndələri. Odur ki, yeni prezident bu haqda ölçü götürə bilər və gərək də, götürsün. Bundan sonra Amerika İrana regionda törətdiyi təcavüzlərə, terrorizmi himayəsinə və insan hüquqlarını pozduğuna görə daha artıq sanksiyalar tətbiq etməli, ümumiyyətlə, onu dünya bazar və iqtisadiyyatından çıxarmalıdır...

اتحاد اعراب توسط آمریکا برای مقابله با ایران/ تشکیل نیروی ویژه برای عملیات در ایران/// در حال ویرایش

İranla mübarizə üçün böyük plan cızılmalıdır!

İranın hakim rejimi Amerikanın mənafeyini təhlükəyə salır. Odur ki, bu ölkənin əleyhinə daha geniş miqyaslı plan cızılmalıdır. Məsələn, burada İranın zəif cəhətlərini nəzərə almaq, xariclə əlaqələrini daraldaraq hədsiz vəsait xərcinə məcbur etmək, iqtisadi inkişafına mane olmaq, daxili narazılıqları himayə etmək və s. mümkün variantlar sayılır və belə geniş strateji əməliyyat zaman tələb etsə də, nəhayət, Amerikanın İranı istənilən vaxt hər hansı diktəyə tabe etməyinə şərait yaradacaq...

اتحاد اعراب توسط آمریکا برای مقابله با ایران/ تشکیل نیروی ویژه برای عملیات در ایران/// در حال ویرایش



1440 بازدید
در حال ارسال اطلاعات...