Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Ruhaniyyətə qarşı çirkin oyunlardan biri

Rifah mədrəsəsinin banında edam edilən SAVAK məmuru
İlahi dəyərlər və bəşəriyyətin düşmənləri, beynəlxalq imperializm və sionizmin təxribat mərkəzləri İslamın aparıcı qüvvəsi olan mübariz ruhaniləri və fəal dindarları sadəlöhv insanların gözündən salmaq üçün heç bir addımdan çəkinməyiblər. Müxtəlif dövrlərdə kütləni arxasınca apara biləcək, ictimai fikrə təsirli ruhanilər və alimlər ən çirkin şəkildə şərlənib.
Khatteemam.com öz minbərləri, çıxışları ilə məşhur olan mərhum Ayətullah Məhəmmədtəqi Fəlsəfinin İmam Xomeyniyə (r) dəstək verməsindən dolayı hansı təxribatlarla üzləşdiyini yada salır. Öz söhbətlərində İmam Xomeynini himayə edən şücaətli alim şahın xəfiyyə idarəsi olan SAVAK-a çağırılır. SAVAK-da üçüncü fiqur sayılan Nemətullah Nəsiri onu qə