Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

The New York Times: Ərəbistan müxalifləri əzən bir rejimdir

Suriyada və İraqda 2500-ə yaxın ərəbistanlı terrorçu vuruşur

Səudiyyə Ərəbistanının yeni rəhbərləri özlərini dünyaya İslam ümmətinin rəhbəri kimi tanıtdırmağa cox cəhd edirlər (khamenei.ir). Onlar bu məqsəd yolunda heç nədən çəkinmirlər. Onların bu təlaşı ölkə daxilində və xaricdə Riyaz üçün bir sıra problemlər yaratmışdır. Son aylarda diktator hakimiyyət öz süqutunu hiss edərək daha da amansızlaşıb, heç bir etiraza göz yummur. The New York Times yazır ki, Səudiyyə Ərəbistanı müxaliflərini əzən bir rejimdir. Sevilən ruhani Şeyx Nimr və daha 46 məhbusun edamı Riyazın liderliyə doğru hərəkətində ən çirkin addım oldu. Bu ölkə öz iqtisadi problemlərini ört-basdır etmək üçün İran və əks-cəbhədə yerləşən ölkələrlə düşüncəsiz eskalasiyaya gedir. Mənbə bilidirir ki, Amerika ilə uzun tarixə malik olan rabitələr Riyazın sərsəm siyasətinə haqq qazandırmaq üçün Vaşinqtona bəs etmir.
Amerikanın politico.com saytı yazır: Səudiyyə Ərəbistanı diktatior rejimdir və İŞİD, Əl-Qaidə, Talibanın hamilərindəndir. Riyaz vəhabiliyin genişlənməsi üçün bütün yollardan istifadə edir. Hazırda Suriyada və İraqda 2500-ə yaxın ərəbistanlı terrorçu vuruşur. Təkfirçilrlə Riyaz arasında ideoloji bağlılıq var.

Vilayet.nuraz.in


1154 بازدید
در حال ارسال اطلاعات...