Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

Onlar haradan biləydi ki, qapılarını döyən Ayətullah Xameneidir!

Bir xatirə: Cənab Rəhbər şəhid Əhmədi Rövşənin evində
Şərif Universiteti Çizərdə, Mustafa Əhmədi Rövşənin – Amerika və İsrailin planı əsasında terrora məruz qalmış gənc nüvə aliminin məzarı üstə tədbir keçirirdi (khamenei.ir). Şəhidin ailəsi, yaxınları da orada idi. Bir neçə nəfər məmur onlara yaxınlaşıb bildirdi ki, dövlət məsullarından biri hazırda yoldadır, onların mənzilinə gedir. Ailəsi etiraz etdi ki, qoy onlar da buraya gəlsin. Onlar haradan biləydi ki, şəhid ailəsini ziyarət etmək istəyən Ayətullah Xameneidir!
İranda körpə uşaqların da tanıdığı Əhmədi Rövşənin mənzili ikiotaqlı, 80 kv m-lik bir bina evidir. Salonda böyük misin üstə iki kompyuter var. Divarda Cənab Rəhbərin şəkli vurulub. Evdə çadralı gənc və yaşlı xanımlar, şəhidin bacanağı və yeznəsi, yaşlı iki kişi, ən əsası şəhidin oğlu Əliriza hələ də qonağın kim olduğunu bilmədən yol gözləyirlər. Məmurlardan biri nəzakətlə mobil telefonları yığanda otaqdakıların ürəyinə damdı ki, gələn şəxs Ağa ola bilər. Şəhidin atası ayağa qalxıb dəstəmaz almağa getdi. Həyəcandan əlləri əsirdi.
Nəhayət, otaqda canlanma yarandı. Ağa otağa daxil oldu. Şəhidin atası irəli getdi. Ağa ilə qucaqlaşdılar. Səhnə adi deyildi. Sonra şəhidin anası “salam, Ağa” dedi. Şəhid atası Ağadan ayrılan kimi Əliriza irəli qaçıb Ağanın boynunu qucaqladı...
Ağa adətən şəhid ailələri ilə gösüşdə əvvəlcə kef-əhval tutar. Bu dəfə birbaşa əsas mövzuya keçdi:
Allah-Taala əziz şəhidimizin dərəcəsini yüksəltsin, onu ilkin İslam şəhidləri, Bədr və Ühüd şəhidləri, Kərbəla şəhidləri ilə səhnəyə gətirsin (məhşur etsin)...
Sizin gəncin iki səciyyəvi cəhəti var. Hər səciyyə ayrıca bir iftixardır. Biri onun işi, elmi yönüdür, ikincisi mənəviyyatı... Qiyamətin qaranlığında yaxşı insanlar hərəkət etdiyi yeri işıqlandırar. Münafiqlər deyər ki, işığınızdan bizə də verin...
Şəmsi 60-cı illərdə gənclərimizin hünəri cihad idi. Dünya bunu qəbul edirdi, amma deyirdilər elmi inkişaf yoxdur. Gənclərimiz bu iddianı puça çıxardı. Onlar elm meydanında söz sahibi oldular...

Vilayet.nuraz.in


1265 بازدید
در حال ارسال اطلاعات...