Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

İran Amerika dəniz piyadalarını həbs etdi!

SEPAH ABŞ təyyarədaşıyanının manevrlərini lokallaşdırdı
SEPAH Hərbi-Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Fədəvi münasibət bildirib

Fars Körfəzi, Hörmüz Boğazında insident baş verib (Fna.ir). Amerikanın 10 dəniz piyadası iki katerlə su sərhələrini pozub və SEPAH Hərbi-Dəniz Qüvvələri tərəfindən saxlanılıb. Hadisənin ardınca ABŞ-a məxsus təyyarədaşıyan gəmi və təyyarələr 40 dəqiqə manevr keçirməklə dəniz piyadalarını azad etmək istəsə də, SEPAH-dan qətiyyətli cavab alıb, geri çəkilib.
SEPAH Hərbi-Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Fədəvi hadisəyə münasibət bildirib: İstənilən bir ölkənin su hövzəsinə daxil olmaq üçün həmin ölkədən icazə almaq lazımdır. Amerikalıların Fars Körfəzi və Hörmüz Boğazında olması hər zaman problem yaradıb. 10 Amerika dəniz piyadası qaydaları pozduğu üçün saxlanılaraq hərbi bazaya aparılıb. Əməliyyat zamanı amerikalılar müqavimət göstərməyib. Bunun ardınca ABŞ təyyərədaşıyanı qıcıqlandırıcı hərəkətlərə yol versə də SEPAH-dan qətiyyətli cavab alıb. Hadisə ilə bağlı ABŞ xarici işlər naziri ilə İran xarici işlər naziri arasında telefon söhbəti olub. Cənab Zərif cənab Kerrinin amerikalıların azad edilməsi ilə bağlı tələbinə qətiyyətli cavab verib. Söz qanunundur!



Vilayet.nuraz.in


1830 بازدید
در حال ارسال اطلاعات...