Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

Təfriqə yaradan, məzhəbi gözdən salan işlər...

Ayətullah Xameneinin fitvaları əsasında
Höccətülislam vəlmüslimin Məhəmmədhüseyn Fəllahzadə Ayətullah Xameneinin fitvaları əsasında bəzi məsələləri şərh edir:

Əzadarlığın mahiyyəti və forması var. Əzadarlıqda deyilənlər yalan olmamalıdır və hərəkətlərdə haram işə yol verilməməlidir...
Əzadarlıqda verilən ehsan və nəzirlərin haramlığına yəqinlik yoxsa, fiqhi baxımdan ondan istifadə etmək olar. Amma əxlaqi baxımdan ehtiyat etmək mümkündür.
Ağa tövsiyə edir ki, əzadarlar məclisdə soyunmasınlar, naməhrəmlərin görməsi mümkündür. Yalnız kişilər olan və çəkiliş aparılmayan məclisdə bunun eybi yoxdur...
Zəncir və ya sinə vurmaq sağlamlığa zərər olmazsa eybi yoxdur. Amma bədənin yaralanması, məzhəbə qarşı pis münasibət yaranması ilə müşayiət olunan işlərdə maneə var...
Hərvələ - əzadarlıq zamanı qalxıb-enmək məzhəbə pis münasibət yaratmazsa eybi yoxdur. Amma tövsiyə belə işlərdən çəkinməkdir...
Tasua və Aşura günləri əzadarlıq nümayişlərində yolların bağlanmasının eybi yoxdur. Qüds günü, 22 Bəhmən də belədir. Amma qalan günlərdə əzadarlıq məqsədi ilə yolları bağlamaq olmaz...
Əzadarlıqda məddahın tez-tez Hüseyn-Hüseyn deməsi haram deyil. Amma məddah çalışmalıdır ki, onun çıxışı ibrətamiz, tərbiyəvi olsun...
Hazırda baş yarmaqdan məzhəbə qarşı ciddi sui-istifadə edildiyi üçün Ağa bunu icazəli saymır...

Vilayet.nuraz.in


1606 بازدید
در حال ارسال اطلاعات...