Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

O, dünyada ruhaniyə münasibəti dəyişdi!

Məşhur xatirə ustad Qəraətinin dilindən
İmam Xomeyni xarizmatik, təkrarsız bir şəxsiyyət olub və öz uzaqgörənliyi, iti düşüncəsi, qətiyyəti ilə dünyanın diqqətini cəlb edib. İmam Xomeyni haqqında çox maraqlı xatirələr var. Ustad Qəraəti məşhir bir xatirəni nəql edir:
Mərhum Ayətullah Bəhauddiniyə dedim ki, biz İmam haqqında nə biliriksə orta yaş dövrünə aiddir. Siz ki İmamla gənclikdə dost olmusunuz, heç bir xatirəniz yoxdur? Mərhum alim buyurdu: Çox xatirəm var. Maraqlı xatirələrdən biri budur ki, Rzaşahın (qəddar ata Pəhləvi) dövründə Feyziyyə mədrəsəsində olduğumuz vaxt şah məmurlarından biri mədrəsənin həyətinə daxil olub söyməyə, əl-qol atmağa başladı. İmamın yaşı 20 -dən bir az çox olardı. Qətiyyətlə qalxıb düz məmurun üstünə getdi. Çatan kimi bir sillə ilişdirdi ki, məmurun qulaqlarından çınqı çıxdı...

Seyid Ruhullah Müstəfəvi - Ayətullah Xomeyni 1902-ci il, sentyabrın 24-də İranın Xomeyn şəhərində anadan olub. Uşaq yaşda ikən atasını, yüniyetmə dövründə ikən anasını itirib. 1919-cu ildə Ərakda bir müddət təhsil alıb Qum Elm Hövzəsinə gəlib.1958-ci ildə kapitulyasiya qanununun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə mübarizəyə başlayıb. 1961-ci il, 5 iyun qanlı hadisəsindən sonra rejim əleyhinə çıxışlarına görə həbs edilib. 1965-ci il, 4 noyabrda Türkiyəyə, bir il sonra İraqa, 1978-ci ildə Parisə sürgün edilib. 1979-cu il, yanvar ayında İslam inqilabı baş verir, Ayətullah Xomeyni İrana qayıdır. 1989-cu il, 4 iyunda dünyasını dəyişib.

Vilayet.nuraz.in


1208 بازدید
در حال ارسال اطلاعات...