Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2016

Ölkə başçısı xarici səfirliyə tabe olanda...

İmamın (r) barmağının işarəsi ilə...
Cənab Rəhbər Ayətullah Xamenei şahlıq rejimi, onun süqutundan danışır (KHAMENEİ.İR)

Rzaxan (ata Pəhləvi) öz hamiləri tərəfindən səltənətdən uzaqlaşdırıldı və İrandan çıxarıldı. Oğlu Məhəmmədrza iş başına gəldi. Şərt bu oldu ki, tam şəkildə ingilislərə təslim olsun. Artıq müstəmləkəçiyə ehtiyac qalmamaışdı, nə deyirdilərsə şah yerinə yetirirdi...
Rzaxan gedən zaman şahlıq məsələsi qaranlıq idi. İngiltərənin Tehrandakı səfiri Məhəmmədrzanın elçisinə deyir ki, Məhəmmədrza Berlin radiosuna qulaq asıb almanların irəliləyişiNİ izləyir və buna görə də etibarlı deyil. Bu sözdən sonra Məhəmmərza bir də Berlin radiosuna qulaq asmır. Bu barədə məlumat alan İngiltərə səfiri deyir ki, bundan sonra ona etibar etmək olar. Bəli, ölkənin başçısı xarici səfirliyə bu həddə tabe idi!
Əvvəlcə Ayətullah Kaşanini, sonra Müsəddiq hökumətini sıradan çıxaran ingilislər yenidən İranı nəzarətə götürdülər. İrandan qaçmış Məhəmmədrzanı 28 mordad qiyamı ilə geri qaytardılar.
Bu xəbis rejimin əsas xüsusiyyəti fəsad, pozğunluq idi. Saray əhlinin, onların ətrafındakıların əhvalatları xəcalət doğurur. Cinci pozğunluq, maliyyə fırıldaqçılığı ərşə dirənmişdi.
Məhəmmədrza İrandan qaçan gün şahlıq rejimi ömrünü başa vurdu. İmam İrana qayıtdı, barmağının işarəsi ilə hər şey dəyişdi. Şahlıq rejiminə son qoyan xalqın iştirakı oldu. Xalq isə dini dəyərlərə görə meydana çıxmışdı. Şüarlar İslam şüarları idi...

Vilayet.info


1326 بازدید
در حال ارسال اطلاعات...