Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2016

Dində milli təhlükəsizlik mövzusu yer alıbmı?

Elmlə təhlükəsizlik arasında əlaqə
Dində milli təhlükəsizlik mövzusunun yeri barədə doktor Əsğər İftixari danışır (KHAMENEİ.İR).
Dini mütaliələrdə bu mövzuya üç münasibətlə rastlaşırıq. Bəziləri bu fikirdədir ki, İslam muasir dünyanın milli təhlükəsizlik kimi aktual mövzularına münasibət bildirməyib. Onların nəzərincə, İslamda hərb və sülh kimi məsələlərdən söz açılsa da milli təhlükəsizlik yada salınmayıb. Bu baxış dini sekulyarizm cərəyanına məxsusdur. İkinci qrup bu fikirdədir ki, Quranda milli təhlükəsizlikdən geniş söz açılmasa da , bəzi ayələrdə bu mövzuya toxunulub. Bu qrup çıxarış şəklində dinin milli təhlükəsizliyə münasibətinin öyrənilməsini mümkün sayır. Üçüncü qrup ictihadı əsas götürür. İmam Xomeyni (r) kimi şəxsiyyətlər Quranın bütün ayələrinin təhlükəsizliklə bağlı olduğunu düşünür. Onların nəzərincə, ayələrdən təhlükəsizliklə bağlı göstərişlər ictihadla əldə oluna bilər. Quranın elmlə bağlı ayələrində zahirən təhlükəsizlik sözü işlədilmir. Amma elmlə təhlükəsizlik arasında əlaqə olduğu da danılmazdır. Ayələrdə buyurulur ki, qarşıdurmadan uzaq olmaq istəyirsinizsə, bir fikrə gəlməli, tövhidə çatmalısınız. Cəmiyyət elmi əsaslar üzərində qurulmasa, bu cəmiyyətdə təhlükəsizlikdən danışmağa dəyməz...

Vilayet.info


942 بازدید
در حال ارسال اطلاعات...