Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Qərbpərəstlərin altı təlaşı

Ayətullah Xameneinin təhlillərindən
Cənab Rəhbər Ayətullah Xamenei: Ölkənin müxtəlif problemlərinə əhatəli və kompleks şəkildə baxmaq vəzifəmizdir. Hadisələrə belə bir baxışla nəzər salmalı və dəyərləndirməliyik...
Ayətullah Xameneinin nəzərincə, İslam inqilabının ölkə və məntəqədə həyata keçirmək istədiyi proqramlar var. Digər iki cərəyan: imperializm və ölkə daxilində qərbyönlülərin də ölkə və məntəqə üçün planları mövcuddur. Ayətullah Xamenei ölkənin inkişafı üçün dörd məsələni: müqavimət iqtisadiyyatı, elmi inkişaf, inqilabi ruhiyyənin qorunması, xalqın seçkilərdə fəallığını İslam dövlətinin proqramının əsası sayır. İmperializm isə iki məqsəd ardıncadır: ölkəyə nüfuz və qeyri-sabitlik, parçalanma yaratmaq.

Cənab Rəhbər öz təhlillərində qərbmeylli daxili cərəyanların 6 xüsusiyyətini qeyd edir:
-milli həqarət hissi aşılamaq (millət özünü kiçik görsün, başqalarına bənzəmək istəsin);
-ilahi-dini etiqadların zəiflədilməsi, şübhə toxunu səpmək;
-maddi ləzzətlər, həzz marağının gücləndiriliməsi;
-məmləkətin taleyüklü məsələlərinə münasibətdə şübhə yaratmaq (məsələn, müstəqillik, özünə güvənməklə inkişafın mümkünsüzlüyü);
-Amerikanın qurtuluş mələyi kimi təqdimatı;
-dövlət strukturlarına nüfuz etmək...

Vilayet.info


1533 بازدید
در حال ارسال اطلاعات...