Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

XALQA ETİMAD

Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır
Zalım hökumətlərin əsasını xalqa etimadsızlıq və sui-zənn təşkil edir. Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır. Buna görə də dövlətin işi-gücü xalq arasında məlumat toplayıb müxtəlif bəhanələrlə müxalifləri əzmək olur. Belə bir hakim bir dəstə məzlumu başıqapazlı etməklə öz nöqsanlarını pərdələyir, müvəqqəti hakimiyyəti dövründə xalqa iztirab verir.
Əksinə, İslam prinsipləri üzərində qurulmuş dövlətdə xalqa etimad və xoşgümanlıq hakim olur, vali tabeçiliyində olan xalqa dost və həmkar gözü ilə baxır. Belə bir hakim öz dövlətini xalqdan və xalqı özündən sayır. Ədalətli müsəlman hakim dövlətin möhkəmliyini xalq hərəkatlarında görür, daim xalqı razı salmağa çalışıb, xalq arasından casusluğa səy göstərmir. Həzrət Əli (