Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

XALQA ETİMAD

Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır
Zalım hökumətlərin əsasını xalqa etimadsızlıq və sui-zənn təşkil edir. Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır. Buna görə də dövlətin işi-gücü xalq arasında məlumat toplayıb müxtəlif bəhanələrlə müxalifləri əzmək olur. Belə bir hakim bir dəstə məzlumu başıqapazlı etməklə öz nöqsanlarını pərdələyir, müvəqqəti hakimiyyəti dövründə xalqa iztirab verir.
Əksinə, İslam prinsipləri üzərində qurulmuş dövlətdə xalqa etimad və xoşgümanlıq hakim olur, vali tabeçiliyində olan xalqa dost və həmkar gözü ilə baxır. Belə bir hakim öz dövlətini xalqdan və xalqı özündən sayır. Ədalətli müsəlman hakim dövlətin möhkəmliyini xalq hərəkatlarında görür, daim xalqı razı salmağa çalışıb, xalq arasından casusluğa səy göstərmir. Həzrət Əli (ə) Malik Əştərə buyurur:
“Bil ki, rəiyyətin vəfadarlığı üçün valinin onlara ehsanı, dolanışıq xərclərini yüngülləşdirməsi, vəzifələri olmayan işə məcbur etməməsi ən təsirli amildir. Demək, sənin proqramın olmalıdır və bu proqram əsasında rəiyyətinə xoşgüman olasan. Bu xoşgümanlıq sənin çiynindən ağır yüklər götürər.
Sənə xoş münasibətinə ən çox layiq olan şəxs sənin siyasətini yaxşı bilən, sənin pis münasibətinə ən layiq olan şəxs sənin siyasətini ən pis bilən şəxsdir.”

Xalqa etimadın və xoşgümanlığın əsassız olmaması üçün həzrət Əli (ə) yollar göstərir: Ehsan, dolanışıq xərclərinin yüngülləşdirilməsi, məcburi işlərin qarşısının alınması.


970 بازدید
در حال ارسال اطلاعات...