Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2016

Vəzifə yağlı tikə deyil!

Tehranın cümə namazı (22 yanvar, fna.ir)
Tehranın müvəqqəti imam-cüməsi Ayətullah Seyid Əhməd Xatəmi deyib:

Seçkilərdə mühüm məsələ şüarda yox, əməldə qanuna bağlılıqdır...
Konstitusiyaya Nəzarət Şurası təzyiqlər qarşısında geri çəkilməyəcək...
Kimsə qəbiristanlıq sakitliyi sorağında deyil...
Hörmətli məsullar öz sözlərini adi vətəndaş sözü saymasın. Siz xətaya yol versəniz, tabeçiliyinizdə olanlar da tədricən belə edəcək...
Allaha inanan və Allahdan qorxan insanlar sözləri üzərində dayanır, əmanətə xəyanət etmir. Məsum imamların öz səhabələrinə tapşırıqlarından biri əmanəti qorumaqdır...
Əmanət təkcə maddi olmur. Etiqadda, mədəniyyətdə, əxlaqda, əməldə, siyasətdə əmanətlər var. Rəvayətlərə görə siyasi əmanətlər o biri əmanətlərdən əhəmiyyətsiz deyil... Ölkəmizdə ən böyük məsuliyyət olan rəhbərlik siyasi əmanətdir... Məclisə, şuralara, xibrə məclisinə nümyəndəlik də əmanətdir... Nəzarət Şurası bir şəxsin namizədlik səlahiyyətini təsdiqləməyəndə məclis üzvü buna etiraz etsə, belə bir adam qanunverici orqanda təmsil oluna bilməz... Vəzifə yağlı tikə deyil, müəyyən müddət insana tapşırılmış əmanətdir...
Bəziləri nüvə razılaşmasını məğlubiyyət, satqınlıq adlandırır. Ayətullah Xamenei kimi oyaq rəhbər olan yerdə bu işlər mümkün deyil!

Vilayet.info


1394 بازدید
در حال ارسال اطلاعات...