Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2016

Vəzifə yağlı tikə deyil!

Tehranın cümə namazı (22 yanvar, fna.ir)
Tehranın müvəqqəti imam-cüməsi Ayətullah Seyid Əhməd Xatəmi deyib:

Seçkilərdə mühüm məsələ şüarda yox, əməldə qanuna bağlılıqdır...
Konstitusiyaya Nəzarət Şurası təzyiqlər qarşısında geri çəkilməyəcək...
Kimsə qəbiristanlıq sakitliyi sorağında deyil...
Hörmətli məsullar öz sözlərini adi vətəndaş sözü saymasın. Siz xətaya yol versəniz, tabeçiliyinizdə olanlar da tədricən belə edəcək...
Allaha inanan və Allahdan qorxan insanlar sözləri üzərində dayanır, əmanətə xəyanət etmir. Məsum imamların öz səhabələrinə tapşırıqlarından biri əmanəti qorumaqdır...
Əmanət təkcə maddi olmur. Etiqadda, mədəniyyətdə, əxlaqda, əməldə, siyasətdə əmanətlər var. Rəvayətlərə görə siyasi əmanətlər o biri əmanətlərdən əhəmiyyətsiz deyil... Ölkəmizd