Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

Jeb Buş: Artıq düşmənlər bizdən qorxmur!

ABŞ dəniz piyadalarının həbsi dünya mətbuatında
İran su sərhədlərini pozmuş ABŞ hərbi katerlərinin SEPAH tərəfindən həbsi dünya mətbuatında geniş işıqlandırılıb (KHAMENEİ.İR) 

Rusiyanın Sputnik xəbər agentliyi yazır:

Obama öz çıxışında Amerika ordusunun dünyanın ən böyük və ən güclü ordusu olduğunu iddia etdiyi dəqiqələrdə bu ordunun dəniz piyadaları Fars Körfəzinin Farsi adasında əlləri boyunlarının ardında diz çöküb təslim olmuşdu. SEPAH döyüşçülər İran su sərhədlərini pozmuş iki ABŞ hərbu katerini həbs edib öz bazalarına gətirmişdilər. Amerikalı hərbçi kamera qarşısında İranın su sərhədlərini pozduqlarının etiraf edib üzr istədi...

İşğalçı İsrailin Yedioth Ahronoth qəzeti yazır:

Vyetnamda keşikçi qayıqlarda hərbi xidmətdə olmuş Kerri baş verənləri yaxşı anlayırdı. Bununla belə qəbul etdi ki, ABŞ qayıqları İran sularına daxil olub. Onun bu etirafı üzrxahlıq kimi qəbul oluna bilər. Hadisədə son sözü SEPAH dedi. Dizi üstə oturdulmuş amerikalılar və sonradan onlara göstərilən diqqətin əks olunduğu video ilə SEPAH bir güllə ilə iki hədəf vurdu...

CNN yazır:

İranın yaydığı videogörüntülərdə amerikalılar üzr istəyir. Bu hadisə Amerika üçün rüsvayçılıq oldu. Vaşinqton dəniz piyadalarının qısa müddətdə azad edilməsini qələbə kimi göstərməyə cəhd edir. Corc (oğul) Buşun qardaşı Jeb Buş deyib: Artıq düşmənlər bizdən qorxmur! 



Vilayet.info


1348 بازدید
در حال ارسال اطلاعات...