Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2016

HALAL VƏ HARAM YEMƏKLƏR

Haram yemək insanı həm fərdi, həm də ictimai cəhətdən fəlakətə çəkən ən böyük xətərlərdən biridir
Həm dində, həm də müasir elmdə yeməyin insanın bədənində təsir qoyduğu kimi, ruhunda da mənfi və ya müsbət emosiyalar yaratması artıq çoxdan isbat edilmişdir.
Yəni zəhərli yemək insan orqanizmini zəhərləyirsə haram yemək də onun ruhunu zəhərləyir. «Maidə» surəsinin 3-cü ayəsində oxuyuruq:
«Sizə ölmüş heyvanın əti, qan, donuz əti, Allahdan qeyrisinin adına kəsilənlər və s. haram edildi».
İslamda «haram» olan hər bir şeyin müəyyən səbəbi, kökü var. Məsələn: İslam dinində haram olmuş işlərdən biri də donuz ətini yeməkdir. Təxminən bütün dünyada donuz ətindən istifadə olunur. Qeyri müsəlman xalqlarından çoxu isə onu dadlı bir yemək bilirlər. Müsəlmanlardan bəzisi isə belə deyirlər: İslam dinində nə üçün bu əti yemək haram edilib? Bunun ki, heç bir ziyanı yoxdur! Donuz ətinin bədəndə zərəri «trişin qurdlarının» yaranmasıdırsa, yeni texnika bu qurdları donuz ətində məhv edir. Deməli, bu ətin haram olmasına heç bir dəlil yoxdur. Bu sualın cavabı aydındır. Çünki onlar məsələnin yalnız bir tərəfini nəzərdə tuturlar, yəni onlar təkcə donuz ətinin insanın bədənindəki zərərlərinə nəzər salırlar. Amma onun ruhi ziyanlarından qafildirlər. Donuz çox murdar və iyrənc bir heyvandır. Onun ətində də bu xasiyyət vardır. Donuz ətini yeyən insanlarda da donuzda olan şəhvətçilik və digər iyrənc xasiyyətlər özünü göstərir. Bunda heç bir şəkk yoxdur. Quran («Maidə», 42) xain və daş ürək yəhudiləri «çox haram yeyən» adlandırır. Quranda olan bu söz bütün haram yeyən insanlara xəbərdarlıqdır. Çünki onlar da acgöz yəhudilər kimi, həmişə dinə xəyanət edib dinin qarşısında maneə törətməyi və qanunsuz iş görməyi özlərinin adi işlərinə çeviriblər.
Ümumiyyətlə, haram yeməyin iqtisadi, siyasi, ictimai və cismani zərərləri hamıya bəllidir. Haram yemək insanı həm fərdi, həm də ictimai cəhətdən fəlakətə çəkən ən böyük xətərlərdən biridir. «Bəqərə» surəsinin 188-ci ayəsində oxuyuruq:
«Haqsızlıqla bir-birinizin malını yeməyin, insanların mallarının bir qismini günah yolda yemək üçün bilərəkdən rüşvət kimi hakimlərə verməyin».
Bu ayədə hər bir növ haram yeməyi nəhy edəndən sonra, rüşvətxorluq da haram yeməyin bir yolu kimi nəhy olunmuşdur.
İslam Peyğəmbəri (s) buyurur: «Allah lənət etsin rüşvət alana, rüşvət verənə və onların arasında vasitə olana».
İmam Sadiq (ə) buyurur: «Haram bir neçə növdür».
Sonra o Həzrət zinakar qadının muzdunu və şərab üçün xərclənən pulu haram malın qismlərindən saydı.
Sonra buyurdu: «Amma rüşvət almaq böyük Allaha kafir olmaqdır».
«Nisa» surəsinin 10-cu ayəsində oxuyuruq: «Yetimlərin malını haqsızlıqla yeyənlər təkcə od yeyərlər. Və tezliklə onlar cəhənnəm atəşində yanacaqlar».


1496 بازدید
در حال ارسال اطلاعات...