Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Bağışla ki, bağışlanasan…

Digərlərini necə bağışlaya blərik?!

Hamımız dəfələrlə bu cür narahatlıqlarla üzbəüz olmuşuq: “Görəsən özümü bağışlaya bilərəm”, “onu necə bağışlaya bilərəm”, “yox, heç vaxt bacarmaram” və s.
Çoxlarımız üçüq əfv etmək və bağışlamaq çox çətin, hətta qeyri-mümkün iş olur. Eyni zamanda bəziləri üçün isə bu iş heç də çətin deyil və hətta digərlərini rahatlıqla bağışlayır, səhvlərini unudurlar. Həqiqətdə digərlərini bağışlamaq istəmədikdə, vəziyyətin yağşılaşması əvəzinə, keçmişə qayıdırıq, köhnə problemlərə qərq oluruq və digərlərini qınayırıq. Beləliklə, özümüzü bağışlaya bilmirik və günah etməkdə davam edirik. Sonda ruhi cəhətdən pis vəziyyətə düşürük.

Bağışlamaq nədir?

Bağışlamaq, unutmaq və fədakarlıq deyil. Bizə əziyyət edən şəxsi təhəmmül etmək fərqlidir. Siz məcbur deyilsiniz digərlərini bağışlayasınız, amma digərlərinin səhvlərini əfv etdikdə, nə qədər aram olursunuz və heç vaxt kin, qəzəb və küsmək yolunu seçmirsiniz. Yaddan çıxarmayın ki, bağışlamaq sizin nəfsinizin böyük və əzəmətli olduğunu göstərir. Bağışlamaq, unutmaq və azad olmaq keçmiş hadisələrə bağlı olan hissdir. Digərlərini bağışlaya bilməyəndə, özümüzü yaddan çıxmış, məyus və bacarıqsız hiss edirik. Həqiqətdə öz səhvlərimizi inkar edə bilmirik. Amma öz rəftarlarımızı dəyişməklə özümüzə gözəl gələcək bağışlaya bilərik.
Əsl həqiqətdə bağışlamaq, keçmişdə olan incikliklərdən azad olmaq üçün qərara gəlməkdir. Eləcə də keçmişdə özümüzlə olan problemlərə son qoymaqdır. Amma, vücudumuzun bir hissəsi buna inanır ki, fikri aramlığa nifrət, qəzəb yolunu seçməklə nail ola bilərik. Yaddan çıxarmayaq ki, bu yolu seçməklə heç vaxt aramlıq tapa bilmə