Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Bağışla ki, bağışlanasan…

Digərlərini necə bağışlaya blərik?!

Hamımız dəfələrlə bu cür narahatlıqlarla üzbəüz olmuşuq: “Görəsən özümü bağışlaya bilərəm”, “onu necə bağışlaya bilərəm”, “yox, heç vaxt bacarmaram” və s.
Çoxlarımız üçüq əfv etmək və bağışlamaq çox çətin, hətta qeyri-mümkün iş olur. Eyni zamanda bəziləri üçün isə bu iş heç də çətin deyil və hətta digərlərini rahatlıqla bağışlayır, səhvlərini unudurlar. Həqiqətdə digərlərini bağışlamaq istəmədikdə, vəziyyətin yağşılaşması əvəzinə, keçmişə qayıdırıq, köhnə problemlərə qərq oluruq və digərlərini qınayırıq. Beləliklə, özümüzü bağışlaya bilmirik və günah etməkdə davam edirik. Sonda ruhi cəhətdən pis vəziyyətə düşürük.

Bağışlamaq nədir?

Bağışlamaq, unutmaq və fədakarlıq deyil. Bizə əziyyət edən şəxsi təhəmmül etmək fərqlidir. Siz məcbur deyilsiniz digərlərini bağışlayasınız, amma digərlərinin səhvlərini əfv etdikdə, nə qədər aram olursunuz və heç vaxt kin, qəzəb və küsmək yolunu seçmirsiniz. Yaddan çıxarmayın ki, bağışlamaq sizin nəfsinizin böyük və əzəmətli olduğunu göstərir. Bağışlamaq, unutmaq və azad olmaq keçmiş hadisələrə bağlı olan hissdir. Digərlərini bağışlaya bilməyəndə, özümüzü yaddan çıxmış, məyus və bacarıqsız hiss edirik. Həqiqətdə öz səhvlərimizi inkar edə bilmirik. Amma öz rəftarlarımızı dəyişməklə özümüzə gözəl gələcək bağışlaya bilərik.
Əsl həqiqətdə bağışlamaq, keçmişdə olan incikliklərdən azad olmaq üçün qərara gəlməkdir. Eləcə də keçmişdə özümüzlə olan problemlərə son qoymaqdır. Amma, vücudumuzun bir hissəsi buna inanır ki, fikri aramlığa nifrət, qəzəb yolunu seçməklə nail ola bilərik. Yaddan çıxarmayaq ki, bu yolu seçməklə heç vaxt aramlıq tapa bilmərik. Bağışlamaq bizi qorxu və qəzəblə tikdiyimiz zindandan azad edər.

Niyə bağışlamırıq?

Həddindən artıq eqoistlik etsək, digərlərini bağışlamaq bizim üçün çətin olar. Daxilimizdə olan qüvvə bizə hədə-qorxu gəlir – “o səni təhqir etdi, onu gərək bağışlamayasan”, “atanı təhqir edəni necə bağışlaya bilərsən” və s. Bucür eqoistlik bəzi şəraitlərdə bizə həddən artıq pis təsir göstərir. Tez-tez eşitdiyimiz – həyat çətinliklərinə görə sıxıntıdayam və intizarım var ki, digərləri mənə kömək göstərsin. Elə bu andır ki, içimizdən gələn nida bizi bağışlamaqdan çəkindirir. Amma yaddan çıxarmamalıyıq ki, vücudumuzda seçmək qüdrəti var. Yəni bu növ vəsvəsələrin qarşısında təslim olmamaq, bağışlamaq yolunu seçmək və bu yolla özümüzə həddən artıq aramlıq gətirmiş olaruq.
Yadda saxlayın ki, hər nə qədər çox bağışlasanız, bir o qədər də bağışlanarsınız. Həqiqətdə, həyatımızda qiyməti olan hər bir şey, yalnız bağışlanan zaman çoxalır. Əgər güman etsəniz ki, bağışladıqdan sonra nə isə itirmiş olursunuz, bilin ki, həqiqi mənada bağışlamamısınız. Əgər ikrahla bağışlasanız, onun heç bir təsiri olmaz. Həqiqətdə mühüm olan niyyətinizdir ki, sizin əməlinizin arxasında gizlənib.
Bağışlayan adamın niyyəti onun üçün şadlıq gətirər. Əlbəttə əgər bağışlamaq həqiqətən ürəkdən olsa.
Ola bilsin bir çoxlarımıza bağışlamaq asan olmaya. Əgər siz də bu dəstə insanlardansız, intizarınız olmasın ki, bir dəfəyə kimisə bağışlayasınız. Bağışlamaq vaxt tələb edir. Hər nə qədər tez o işlə maraqlansanız, bu yaxşı əməli tez dərk etmiş olarsınız. Cism və ruhunuza xatir olsa belə, elə bu andan bağışlamağı imtahan etmək qərarına gəlin.
Siz bu işi imtahan olaraq kiçik əfvlərdən başlayın və sonra yavaş-yavaş o kəslər ki, sizə çox əziyyət ediblər onları da bağışlayın.


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov 


1321 بازدید
در حال ارسال اطلاعات...