Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2016

Böhran yaşayan rejimlər və aldadıcı islahatlar

Ruhaniyyət şahın ağ inqilabını qara günə qoydu!
İran Şahı Məhəmmədrza Amerika prezidentinin himayəsini qazanmaq üçün dekorativ islahatlar aparmaq məcburiyyətində qalmışdı. Şah malik olduğu səlahiyyətlərə görə özünü Amerikaya borclu sayırdı. ABŞ prezidenti Nikson öz Fars Körfəzi doktrinasının reallaşması üçün şahı vasitə seçmişdi. Nikson bu məqsədlə İrana böyük borclar verdi, İranı silahlandırdı. Şah Amerikanın zövqünə uyğun islahat layihəsi hazırladı. Layihə məclisdə təsdiqləndi. Layihədə 3 mövzu yer almışdı: təşkilatlara üzv olmaq üşün müsəlmanlıq şərti aradan qldırılır; Quran əvəzinə səmavi kitaba and içilir; bir quruma üzvlük üçün cinsiyyət məhdudiyyəti aradan qaldırılır. Birinci və ikinci mövzu sırf İslam dinini səhnədən çıxarmaq