Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2016

“Dinimiz mərhəmət və sevgi dinidir”

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam alimlərinin məsuliyyəti” konfransı
Müqəddəs Qum şəhərində “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfrans işə başlayıb (mehrnews.com). İmam Musa Kazim (ə) mədrəsəsinin Peyambəre-əzəm (s) konfrans salonunda keçirilən tədbirdə Ayətullah-üzma Məkarim Şirazi çıxış edib. Böyük təqlid mərcəsi buyurub:
Biz bütün İslam məzhəblərinin müqəddəsliklərinə ehtiram göstəririk və bunu prinsipial məsələ sayırıq...
Bu konfransda iki məqsədə yaxınlaşmaq istəyirik. Biri təkfirçi cərəyanların köklərini tanımaqdır... Digəri İslam alimlərinin əl-ələ verərək təkfirçi cərəyanlarla mübarizə aparmasıdır...
Dinimiz mərhəmət və sevgi dinidir. Hər gün namazlarımızda Allahı rəhman və rəhim sifətləri ilə vəsf edirik. Peyğəmbərimiz aləmlərə rəhmət olaraq göndərilib. Təkfirçilər isə əksinə, dünyanı dəhşətə gətirib...
Təkfirçilərin İslama vurduğu zərbə təsəvvürə sığmır. Onlar müsəlman, qeyri-müsəlman ölkələrə təcavüz edir, baş kəsir, cəsədlərə od vururlar. Onların cinayətləri səbəbindən milyonlarla müsəlman ev-eşiyindən didərgin düşüb... Onların bir cinayəti də məscidləri, müqəddəs yerləri dağıtmalarıdır...
İslam ümmətinə zərbə vurmaq üçün təkfirçilərin bəzi qərb ölkələri və sionist rejimlə həmkarlığı göz qabağındadır...
İslam alimləri əl-ələ verib məntiq və dəlillə təkfirçiliyin kökünü kəsməlidir. Təkfirçilik orta əsrlərin əqidə təftişçiliyindən daha çirkindir. Onlar dərin dini biliyə malik olmadıqlarından küfr və şirki təyin edə bilmirlər... Həzrət Məsih dedi ki, mən Allahın izni ilə xəstələrə şəfa verir, ölüləri dirildirəm. Təkfirçi əqidəsinə görə bu işləri küfr və şirk saymalıyıq!!

Vilayet.info


1256 بازدید
در حال ارسال اطلاعات...