Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2016

Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi?

Günahsız insanların evindən silah, ciblərindən narkotik maddə çıxaranlar heyvandan pis deyilmi?!
Sual: Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi?

Cavab: Heyvanların faydası və bəzi insanların əməlləri nəzərdən keçirilsə Quranın “onlar heyvan kimidirlər, bəlkə, daha çox zəlalətdədirlər” (“Əraf”, 179.) bənzətməsinin məntiqə uyğun olduğunu görərik.
Ən qiymətli libas ipəkqurdunun hazırladığı ipəkdən istehsal olunur. Ən mühüm qidalar heyvanlardan alınan ət, yağ, süd, qatıq, bal və sair nemətlərdir. Heyvanlar nəqliyyat vasitəsi kimi istifadə olunur, onların köməyi isə torpaqlar basdırılmış minalardan təmizlənir. İnsanlar bir çox biliklərini heyvanlardan əxz etmişlər.