Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2016

“Özümü çox kiçik görmüşəm...”

Ayətullah Xameneinin rəhbərlik məqamına təyinatı tarixçəsindən
İmam Xomeyni (r) dünyasının dəyişəndən sonra Xibrə Məclisi rəhbərlik üçün nəzərdə tutulmuş meyarlar, konstitusiyanın 5-ci və 109-cu maddələri əsasında araşdırmalar apardı.
1358-ci ildə qəbul olunmuş konstitusiyaya əsasən rəhbərlik üçün əsas şərt mərcəiyyət idi. İmam Xomeyni 1368-ci ildə Ayətullah Mişkiniyə məktub yazaraq mərcəiyyət şərtinin ləğv olunmasını istədi. Məktubda yazılır: Mən əvvəlcədən bu fikirdə olmuşam ki, ədaləti Xibrə Məclisində təsdiqlənmiş müctəhid rəhbər ola bilər. Amma konstitusiya qəbul olunan zaman mərcəiyyətin zəruri olduğu qeyd edildi. Mən indi də müdaxilə etmirəm. Amma düşünürəm ki, bu şərt problem yarada bilər. Çünki ölkəni rəhbərsiz qoymaq olmaz...
Xibrə Məclisi rəisinin o zamankı naibi Ayətullah Əmini deyir: Vilayəti-fəqih komissiyasının rəisi Ayətullah Musəvi Ərdəbili ilə İmamın görüşünə getdik. Dedik ki, rəhbərlik üçün şərt sayılmasa da mərcəiyyət məsələsinin imtiyaz kimi konstitusiyada qalmasını istəyirik. İmam buyurdu ki, bunun üçün əlimizdə heç bir dəlil yoxdur, zəruri şərtlərə malik fəqih bu məsuliyyəti daşıya bilər...
Konstitusiyada islahatlar başa çatmamış İmam dünyasını dəyişdi. 1368-ci il, 13 xordadda Xibrə Məclisinin fövqəladə iclası toplandı. Müzakirələrdə dünyadakı mürəkkəb şərait yada salındı, siyasi bacarıq keyfiyyəti müzakirə olundu. Bu arada Ayətullah Xameneinin adı çəkildi və bütün diqqət ona yönəldi. Ayətullah Xameneinin qətiyyətlə imtina etməsinə baxmayaraq Xibrə Məclisi onu rəhbərlik məqamına təyin etdi...
Cənab Rəhbər həmin dövrü belə xatırlayır: Mən nəinki rəhbərlik, rəhbərlikdən çox aşağı məsuliyyətlər barədə heç vaxt düşünməmişəm. Bu ağır məsuliyyət təkidlə mənim zəif çiyinlərim üzərinə qoyulub... Prezidentlik, başqa məsuliyyətlərin qəbulu zamanı da özümü çox kiçik görmüşəm. Rəhbərlik məsələsinin müzakirə olunacağı iclasdan qabaq Allahla raz-niyaz etdim. Dedim, Pərvərdigara əgər bu təyinatda dinə və mənim axirətimə zərrəcə zərər varsa, kömək ol, öhdəmə belə bir məsuliyyət qoyulmasın... İclasın qərarı qəti oldu. Mən yalnız ona görə qəbul etdim ki, bu yük yerdə qalmasın!

Vilayet.info


1219 بازدید
در حال ارسال اطلاعات...