Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

“Peyğəmbəri ərəbdən alsaq, ərəbin heç nəyi qalmaz!”

Nəvvab Beytül-Müqəddəsdə əvvəlcə iki rəkət namaz qılır, sonra...
Şəhid Nəvvab Səfəvi bütün İslam dünyasının problemləri barədə düşünürdü (tebyan.org). Şəhid Nəvvab Fələstin, Qüdsün azadlığından danışanda İranda az adam bu mövzudan xəbərdar idi.
Şəhid Nəvvab Səfəvi Beytül-Müqəddəsdə səfərdə olur. Həzrət Peyğəmbərin (s) Merac gecəsinin ildönümü günü İslam konfransı təşkil edilir. Nəvvab Beytül-Müqəddəsə çatanda konfrans öz işinə başlayıbmış.

Nəvvabın bu məclisə qatılmaqda məqsədi vahid İslam cəbhəsinin yaradılması olub. İslam ölkələrindən gəlmiş 70 şəxsiyyət konfransda çıxış edib. Nəvvab İrana qaydandan sonra konfrans barədə deyir: “Konfransda İslam fəzası əvəzinə ərəb fəzası gördüm. Hamı çıxışında deyirdi ki, İsrail ərəb torpaqlarını işğal edib. Çıxış üçün növbə mənə çatanda əvvəlcə iki rəkət namaz qlıb Allahdan yardılm istədim. Tribunaya qalxıb dedim: Əgər iftixar ərəb olmaqdırsa mən ən üstün ərəbin övladıyam. Peyğəmbəri ərəbdən alsaq, ərəbin heç nəyi qalmaz. Ərəbə şəxsiyyət verən Peyğəmbərdir. Mən Peyğəmbərin övladıyam. İsrailin istər ərəb, istər qeyri-ərəb Fələstin torpaqlarına təcavüzü İslam torpaqlarına təcavüzdür... ”

Nəvvab konfransda səlis ərəbcə danışır. Konfransdakılar onun ərəb olduğunu düşünürlər.

Nəvvab danışdıqca şövqə gəlir: “Yeyib-yatmaq vaxtı başa çatdı. Biganələri İslam torpaqlarından çıxarmaq, müsəlman gənclərin düşüncəsini azad etmək, gələcək nəsilləri biganə mədəniyyətlərdən qurtarmaq üçün fədakarlıq etmək, vuruşmaq lazımdır. Əldən çıxmış əzəməti geri qaytarmalıyıq...”
Konfransdakılar onu heyrətlə dinləyirdi. Nəvvabın cəsarəti qeyri-adi idi. İndoneziya rəhbəri Əhməd Sukarno, Seyid Qütb, Ustad Həsən Əl-Huzeybi, Doktor Seyid Ramazan, Ustad Məhəmməd Suaf və başqaları Nəvvabın çıxışından vəcdə gəlmişdilər...

Vilayet.info


1711 بازدید
در حال ارسال اطلاعات...