Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2016

ZALIM HAKİMİN ƏZABI

Alovdan paltar geyənlər təkəbbür göstərənlərdir
Qonşunu incidənin, zalım hakimin, xudpəsəndlərin əzabı

Məhşərə əl-ayağı kəsilmiş vəziyyətdə gələnlər qonşuya əziyyət verənlərdir. Kor halda daxil olanlar nahaq hökm vermiş zalım hakimlərdir. Amma o kəslər məhşərdə kardırlar ki, xudpəsənd və özünü sevən olublar (hətta özlərindən başqasının məhşərə kar gəlməsini istəməzlər). Oddan budaqlara bağlananlar dünyada padşahlara, ağalara sirr açıb, xəbər aparıb xalqı incidənlərdir. Murdardan daha iyrənc olanlar o kəslərdir ki, haram, şəhvət və ləzzətə bulaşmış, mallarından vacib haqqı ödəməmişlər. Alovdan paltar geyənlər təkəbbür göstərənlərdir. (Digər bir hədisdə var ki,) gözlərində alovdan iki mıx olanlar gözlərini haramla dolduranlardır.

Məad