Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

İnsan sevdiyi insanla tanınar

Mirzayi Qummi ağlaya-ağlaya deyir ki...
Həmişə saleh və ləyaqtəli insanları sev (gorgani.ir). Həqiqətən, insan sevdiyi insanla tanınar. (يَابْنَ مَسعُود اَحِبِّ الصّالِحينَ فَانَّ المَرءَ مَعَ مَنْ اَحَبَّ فَاِنْ لَمْ تَقْدِرْ عَلي اَعْمالِ البِرِّ فَاَحِبِّ العُلَماءَ) Deyilir ki, Allah onu sevdiyi şəxslə səhnəyə gətirər (حَشَرَهُ اللهُ مَعَ مَنْ اَحَبَّ). Rəvayətdə deyilir ki, heç vaxt dünya zinətinə könül verməyin. Çünki insan sevdiyi ilə məhşur olar, hətta daş olsa! (وَ لَوْ كانَ حَجَراً) Nisa surəsinin 69-cu ayəsində buyurulur: “Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (وَ مَنْ يُطِعِ اللهَ وَ رَسُولَهُ فَاُولئِكَ مَعَ الَّذينَ اَنْعَمَ اللهُ عَلَيْهِمْ مِنَ النَّبِيّينَ وَ الصِّدّيقينَ وَالشُّهداءِ وَ الصّالِحينَ وَ حَسُنَ اُولئِكَ رَفيقاً)
Deyirlər Fəthəli şah İsfahana səfərdən qabaq Mirzayi Qumminin yanına gəlir ki, ona dua etsin. Ağa ona dua edir. Fəthəli şah durub gedəndə hiss edir ki, Ağa ağlayır. Geri dönür ki, bunun səbəbini öyrənsin. Mirzayi Qummi ağlaya-ağlaya deyir: Siz gələndə sizə qarşı qəlbimdə məhəbbət oyandı. İndi qəlbimə qorxu dolub ki, birdən qiyamət günü Allah məni sizinlə məhşur edər!..
Mərhum Mirza Cavad Təbrizi buyurur: dərslərinizdə əxlaq olmasa, heç bir faydası yoxdur!

Vilayet.info


1266 بازدید