Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2016

Vilayət-94 dünyanın diqqət mərkəzində

İran Hörmüz-Hind okeanı boyu hərbi təlim keçirir
İran Hərbi-Dəniz Qüvvələri 7 bəhmən (17 yanvar) günü “Ya Zəhra” rəmzi ilə Vilayət-94 hərbi manevrlərinə başlayıb. İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari manevrlərlə bağlı məlumat verib. Hərbi manevrlər Hörmüz boğazının şərqindən Hind okeanının şimalına qədər 3 mln kv km (İran ərazisindən ikiqat artıq) ərazini əhatə edir. Manevrdə hərbi gəmilər, hərbi katerlər, Tariq tipli sualtı qayıqlar və digər texnikalardan istifadə olunur. Havadan qırıcı təyyarələr və vertolyotlar təlimlərə nəzarət edir. Sahil-dəniz tipli raketlər, dəniz piyadalarına məxsus qurğular, elektron nəzarət qurğuları hərbi təchizata daxildir. Manevrlərdə məqsəd düşmənin ehtimal olunun hücumlarının qarşısını almaq