Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

ƏDABAZLIQ VƏ MƏNƏM-MƏNƏMLİK

Qüdrət və məqam məstlikləri insanı o qədər kor edir ki...
Qüdrət və məqam məstlikləri insanı o qədər kor edir ki, Allah tərəfindən yaradılmış insan məhdud qüdrətini Allahın sonsuz qüdrəti ilə bir tərəziyə qoyur. 

Əmirəlmöminin İmam Əli (ə) Malik Əştərə tövsiyəsində insanı məhvə aparan bu sayaq mənəm-mənəmçiliyin qarşısını almaq üçün buyurur:

“Böyüklük və iqtidarda özünü Allaha oxşatmaqdan çəkin. (Çünki) Allah hər bir təkəbbürlü və asini alçaldır.”

HAKİMİN QƏRARINDA ƏN ÜSTÜN MEYAR HAQQ-ƏDALƏTİN GÖZLƏNMƏSİDİR

İslamda hakim İslam meyarları əsasında qərar çıxarmalıdır. Bu əsasla hakimin istənilən bir dövləti qərar çıxarmasında meyar haqq-ədalətin bərqərar olması, ümumi şəkildə xalqın asayiş və razılığının gözlənilməsidir.

Həzrət Əli (ə) buyurur:

“Haqda ən mötədil və ən orta, ədalətdə ən əhatəli, xalqın razılığı yolunda ən münasib işlər sənə sevimli olmalıdır. Şübhəsiz, xalq kütləsinin qəzəbi xüsusi fərdlərin razılığını təsirdən salır. Hansı ki, xalqın razılığı olduqda xüsusi fərdlərin qəzəbi ötürüləcək.”

Haqq-ədaləti gözləmək o demək deyil ki, xəyal aləmində ədalətli bir cəmiyyət təsəvvür olunsun. Belə bir təsəvvür özü də əməli tədbirlərdən çəkindirir, hakimi mütləqçiliyə və idializmə sürükləyir. Bu səbəbdən də həzrət “əvsətəha fil-həqq” buyurmaqla hakimi həqiqəti görməyə, cəmiyyətdə mövcud imkanlar əsasında hərəkət etməyə çağırır. Həzrət Əli (ə) buyurur ki, haqqın müdafiəsində həqiqətən yaxın hədd gözlənilsin, mütləq həqiqətin mümkünsüzlüyü bəhanəsi ilə hakim məsuliyyətdən qaçmasın.


1139 بازدید