Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

“BİSMİLLAHIN” LƏTİF GÖRÜNTÜLƏRİ

Məhbubu yolunda candan keçənə Sultanlıq, taxt-tac, şan-şöhrət heç nə
Sərf-nəhv, yəni qrammatika alimlərinin fikrincə “ism” kəlməsi böyüklük və üstünlük bildirir. Allah-Taala bu nurani kəlmə ilə insanın diqqətini böyük dosta yönəltmək istəyir. İnsan bilməlidir ki, sadəcə dostun adını çəkməklə ona qovuşmaq olmaz. Bu böyük dosta yaxınlaşmaq üçün qəlb səhifələri əxlaqi çirkinliklərdən təmizlənməlidir. İnsan öz dilini tövbə suları ilə boş sözlərdən təmizləməli, batinində məhbuba yaxınlaşma ruhu yaratmalıdır. Qəlbi təmizləmədən Allahın mübarək adını dildə zikr etmək ədəbsizlikdir.

Gülabla ağzımı yusam da mən çox,
Adını çəkməyə ləyaqətim yox.


Allah-Taala ən üstün müqəddəslik mərtəbəsindədir. Torpaqdan yaranmış insan durduğu alçaq mərtəbədən vasitəsiz ucala bilmir. Rəbbimiz “Bismillah” kəlməsini özü ilə insan arasında vasitə qərar vermişdir. Bu kəlmənin həqiqi mənasını anlamaqla tərəqqi nərdivanında qalxmaq olar. İlahi camal və cəlalın müşahidəsi üçün bu yolla şərait yaranır.
Aşiq ariflər “Bismillah”ın əvvəlindəki “bə” hərfinin hərəkətə başlama işarəsi olduğunu bildirirlər. “B” hərfindən “s” hərfinədək olan sirli mərifət yolu nəhayətsizdir. “B” “ism”-ə birləşərkən yazıda “ism” kəlməsinin “əlif”-i itir. Ərəb qrafikası ilə tanış olmayan oxuculara aydın olsun - deyə bu prosesi belə ifadə edə bilərik: “Bismillah” kəlməsində “b” “ism”-ə birləşərkən yazıda bir hərf itir. Ariflər bu itmiş hərfin insandakı eqoist “mən”-ə işarə olunduğunu göstərirlər. Yəni Allaha yaxınlaşmaq məqsədi ilə yola çıxmış insan öz “mən”-ini məhv etməsə böyük dostun məhəbbətinə nail ola bilməz.
Hal əhli belə hesab edir ki, “Bismillah” kəlməsindəki “b” hərfi Allahın bütün varlıq aləminə xüsusi ilə nəfs əhlinə olan yaxşılığına işarədir. “S” hərfi qəlb sahibi olan xüsusi bəndələrə aid olan sirləri bildirir. “M” hərfi isə seçilmiş bəndələrin çatdığı ilahi məhəbbət nişanəsidir.
“Kafi” kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: “Bu üç hərfin hər biri Allahın gözəl adlarından birinə işarədir. “B” Allahın bəhasını, yəni dəyərini, “S” Allahın sənasını, yəni ucalığını, “M” Allahın məcdini, yəni böyüklüyünü bildirir. Bir qrup aşiq isə belə hesab edir ki, “b” – “bəsir” (görən), “s” – “səmi” (eşidən), “m” – “muhsiy” (hesab aparan) sifətlərinə işarədir.
“Bismillah” oxuyan insana bildirilir ki, Allah-Taala onun aşkar və gizli olan bütün əməllərini görür, bütün dediklərini eşidir, çəkdiyi nəfəsləri sayır. İnsan dərk etməlidir ki, belə bir bəsirət qarşısında riyakarlığı, belə bir dinləmə mühitində artıq sözə və belə bir hesab aparıldığı vaxt çəkdiyin nəfəsdən xəbərsizliyə yer yoxdur.
Məhəbbət eşqində yananlar deyir: “Bismillah” kəlməsinin ilahi mənasını o insan dərk edə bilər ki, Allahın bəlasına səbir etsin, nurani “m” fəzasını müşahidə etmək üçün sirati-mustəqimə yəni doğru yola vəsl olsun.

Nə qədər ətəkdən üzülməyib əl
Hər iki dünyada yerimiz gözəl.

İnsan möhtaclığı duyduğu qədər
Fəna sədalardan üzün döndərər.

Bu məstlik badədən ucadır, uca.
Bu sevgi şərbəti sonsuz dəryaca.

Bütün gecə boyu axan göz yaşı
Bu böyük sevginin nurlu qaş-daşı.

Məhbubu yolunda candan keçənə
Sultanlıq, taxt-tac, şan-şöhrət heç nə.

Aşiqə sütunlu saray gərəksiz,
Xoşbəxtdir səhrada susuz-çörəksiz.


“Allah” bütün ilahi sifətlərin toplandığı mübarək addır. Deyirlər ki, “Allah” adında üç məna mövcuddur:
Həzrəti Haqq əzəli və əbədidir;
Ağıl və düşüncələr onu tanımaqda acizdir;
Bütün yaranmışların qayıdışı onadır.
Ariflər deyirlər ki, “Allah” ismi-əzəmdir və tovhid ona əsaslanır. Bu kəlməni səmimi qəlbdən deyən kafir küfrdən imana yol tapır. Bu kəlmə insanı qəflətdən oyadıb ünsiyyət dairəsinə daxil edir. Allah-Taalanın başqa adları da var. “Allahdan başqa bir məbud yoxdur” deməklə insan müsəlman olursa, “Rəhman”dan başqa məbud yoxdur” demək müsəlman olmaq üçün kifayət etmir. Hər bir insanın küfrdən qurtuluşu yalnız bu nurani kəlmənin zikri sayəsində mümkündür. Bu kəlmə ilə başlayıb, bu kəlmə ilə sona yetməyən iş naqisdir. Peyğəmbərlik və vilayət sütunları bu kəlmə ilə möhkəmlənir: “Muhəmmədən Rəsulullah”, “Əliyyən Vəliyyullah”.
Bu kəlmənin özünəməxsus xüsusiyyətlərindən biri də budur ki, onun hər bir hərfi atıldıqda qalan hissəsi mənasını itirm