Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2016

Cavadi Amuli: Bu gün İmam Əlinin (ə) məscidə qolubağlı aparıldığı gün deyil!

Ayətullah Abdullah Cavadi Amuli dini mərkəz rəhbərləri və mədəniyyət fəalları ilə görüşüb
Ayətullah Cavadi Amuli: 22 Bəhmən nümayişi və seçki quruluşun şəxsiyyətidir. Allah eləməmiş, bunları ucuz satsaq, aldanmışıq... (mehrnews.com)

Ayətullah Abdullah Cavadi Amuli Qum İslam Təbliğat İdarəsinin müdiri höccətülislam Abbas İskəndəri, bir sıra dini mərkəz rəhbərləri və mədəniyyət fəalları ilə görüşdə buyurub:

Əgər Siddiqeyi-Kübra bu gün danışmaq istəsəydi, Mədinədəki kimi danışmazdı. Çünki bu gün Əli hakimdir, əvvəlki dövrlərlə fərq böyükdür...
Fatimiyyə günlərində (Əyyami-Fatimiyyə) yadda saxlayaq ki, Əli hakimdir. Vilayətdən bir zərrə aralanan şübhəsiz səhnədən çıxacaq...
80 ölkədən Quma təhsil almağa gəlirlər. Onların özü ilə vətənə apardığı Əli adıdır...
Fatimeyi-Zəhra (s) bu gün xütbə oxusaydı daha gileylənməzdi, şükür edərdi. Biz də Fatimiyyə günlərində onun kimi danışaq...
Qədir (Xum) hakim olanda Qədirə uyğun iş görülməlidir. İndi heç kim Səqifə adı çəkə bilməz. Çünki Səqifə ölüb, Qədir sağdır. Nə qədər ki Qədir sağdır ölüdən danışmırlar...
İmam Hüseyn (ə) öz səhabələri haqqında buyurdu ki, mən bundan üstün səhabə görməmişəm. Bu gün də həmin cümləni deyərdi...
Təcavüzkar müharibə (İraqın hücümu) h-ş 1359-cu il, 31 şəhrivərdə başladı. Müharibənin iki mininci günü mətbuat yazdı ki, iki min ruhani şəhid olub. Xalq ruhanilərin özünü ucuz satmadığını görüb meydana daxil oldu...
Unutmayın ki, məmləkətimiz Qədir məmləkətidir, həzrət Siddiqeyi-Kübra kimi danışaq, İmam Əlinin (ə) məscidə qolubağlı aparıldığı gündəki kimi danışmayaq...

Vilayet.info