Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Şəhidin tövbənaməsindən…

13 yaşlı şəhid Məhmudinin tövbənaməsindən 10 seçmə

Bir illik əməlimizə baxaq və onu islah etmək üçün yollar axtaraq.
İlahi, gördüyümüz işlərdən Sənə pənah gətirirəm, o cümlədən:

O işdən ki, bilmədiyim bir mətləbə bəhanə gətirdim;
O işdən ki, bacarığımı digərlərinə nümayiş etdirdim;
O işdən ki, yemək yeyəndə fəqirləri yada salmadım;
O işdən ki, ölümü yaddan çıxardım;
O işdən ki, süstlük və tənbəllik etdim;
O işdən ki, dilimin iffətini boş şeylərə aludə etdim;
O işdən ki, gözləyirdim ki, digərləri mənə salam versin;
O işdən ki, gecə namazından bəhrələnmədim;
O işdən ki, digərlərini məsxərə edib ayrılarını güldürdüm, amma həqiqətdə özüm onlardan da gülməliyəm.
O işdən ki, bir anlıq dünyanın əbədi olması və dəbdəbəsi haqda fikirləşdim.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1230 بازدید