Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2016

“Vay halıma ki, mən sağam, Əhməd gedib!”

Qasim Süleymani İslam İnqilabı və Müqəddəs Müdafiənin parlaq siması şəhid Əhməd Kazimini xatırlayır...
Ağlıma gəlməzdi ki, br gün Əhmədsiz dünyada onun haqqında danışacağam. Vay halıma ki, mən sağam, Əhməd isə gedib! Əhmədin oğlu bir söz dedi: “Nazımızı çəkdin, bizi özünə öyrətdin, indi nə edək!” İnsan itirdiyi əzizini 2 il, 3 il tez-tez xatırlayır, tədricən vəziyyət dəyişir. Əhməd düz 19 il şəhid Xərrazini yada salıb, “Hüseyn-Hüseyn” dedi. Evdə, səfərdə bir məclis olmadı ki, Əhməd şəhid Bakiri, şəhid Xərrazi, şəhid Himmət və başqa şəhidləri yada salmasın. Elə bir namazı olmadı ki, qunutda ağlayıb “ey şəhidlərin Rəbbi, ey Mehdinin Rəbbi” deməsin. Əhməd müharibənin yadigarı idi, biz müharibənin yadigrını itirdik. Daim özü ilə hesab çəkər, özünü məzəmmət edərdi. Bir an aramlığı yox idi. Hara getsə gül-çiçəklə qarşılanar, göz yaşı ilə yola salınardı...
Əhməd hansı sahəyə getsəydi o sahə Əhmədə yox, Əhməd o sahəyə şöhrət gətirərdi. Misilsiz əxlaqı, rəftarı vardı. Əhməd kimi insanlar gedəndə yeri boş qalır. Bu boşluğu doldurmaq asan olmur. İmam Xomeyninin (r) gəlişi 300-500 il çəkdi. Belə insanlar gec-gec doğulur...
Əhməd müharibə zamanı hərbi qüvvələrin sütunu idi. Həsən Baqiri, Hüseyn Xərrazi, Əhməd Kazimi kimi insanların gedişi boşluq yaradır. Bu üç nəfər səbəbsiz susmaz, səbəbsiz danışmazdı... (aviny.com)

Şəhid Kazim Süleymani h-ş. 1384-cü ildə təyyarə qəzasında dünyasını dəyişib

Vilayet.info


1239 بازدید
در حال ارسال اطلاعات...