Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2016

"Allah yolunda öldürülmək məğlub olmaq deyil"

İmam Hüseynin (ə) məğlub olduğunu düşünmək səhvdir
Seyyidüş-şühəda (ə) bilirdi ki, şəhid olandan sonra düşmən cəmiyyətdə və ozamankı dünyada onun əleyhinə təbliğat aparacaq. İmam Hüseyn (ə) elə bir şəxs deyildi ki, zamanı və düşməni tanımasın. O, düşmənin hansı xəbisliklər törədəcəyini bilirdi. Eyni zamanda inamı və ümidi vardı ki, onun bu məzlumcasına və qəribcəsinə hərəkəti nəhayət düşməni həm qısa və həm uzun müddət üçün məğlub edəcək; elə də oldu.
İmam Hüseynin (ə) məğlub olduğunu düşünmək səhvdir. Öldürülmək məğlub olmaq deyil. Müharibədə öldürülən şəxs məğlub sayılmır, öz məqsədinə çatmayan şəxs məğlub sayılır. İmam Hüseynin (ə) düşmənlərinin məqsədi İslamı və Peyğəmbərin (s) yadigarlarını yer üzündən silmək idi. Onla